Arxiv
13 Noyabr 2019, 11:45 | DİASPOR
Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb - FOTO

Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyada yaşayan azərbaycanlılarla görüşü keçirilib.

 

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan dərnəklərinin rəhbərləri, azərbaycanlı icmanın fəal üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov çıxış edərək azərbaycanlı icması və diaspor təşkilatları ilə əməkdaşlıqdan danışıb. O qeyd edib ki, bu əməkdaşlıq azərbaycançılıq ideologiyasının təbliğinə, icmanın doğma dilimizə, tariximizə, mədəniyyətimizə və tarixi Vətənə daha sıx tellərlə bağlanmasına xidmət edir. Diplomatik nümayəndəliyin soydaşlarımızın qarşılaşdığı problemlərin həllində yaxından iştirak etdiyi vurğulanıb.

 

Diasporun təşkilatlanmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə məsuliyyətli iş düşdüyünü söyləyən səfir bu istiqamətdə dövlət qurumlarının, ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin ardıcıl fəaliyyət göstərdiyinə diqqəti cəlb edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı Azərbaycanın diaspor siyasəti, həyata keçirilən layihələr, xaricdə yaşayan soydaşlarımızın şəbəkələşməsi, onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyət göstərmək imkanları haqqında geniş məlumat verib.

 

O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan komitənin yarandığı gündən bəri fəaliyyətinə nəzər salıb və qeyd edib ki, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar proqramı diaspor sahəsini də əhatə edir. Xaricdə yaşayan soydaşlarımızın son illərdə fəallaşdığı və yeni təşkilatların yarandığı, qloballaşma dönəmində xaricdə yaşayan soydaşları bir araya gətirmək, milli-mənəvi dəyərləri, ana dilini qorumaq və milli birliyə nail olmaq üçün yeni çağırışların meydana çıxdığı vurğulanıb.

 

Dövlət Komitəsi sədrinin fikrincə, mövcud vəziyyət həm diaspor təşkilatları və icmalar arasında, həm də onların tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsini, koordinasiya işinin təkmilləşdirilməsini tələb edir. O, koordinasiya şüralarının gələcəkdə diaspor fəaliyyətinə təkan verəcəyinə ümidvar olduğunu ifadə edib.

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin 2018-2019-cu illərdə fəaliyyətinə dair video hesabatı və infoqrafik videoçarxları nümayiş olunub.

 

Daha sonra Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli və Azərbaycan Akademik Birliyinin sədri Akif Abdullayev çıxış ediblər. Natiqlər təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri və gələcək planlarından danışıblar.

 

Tədbir aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident aşpazın qonağı oldu 15 Dekabr 2019, 22:42 İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00