Modern.az

Daha bir söyüş söyən mühacir saxlanıldı - FOTO

Daha bir söyüş söyən mühacir saxlanıldı - FOTO

14 Noyabr 2019, 10:46

Azərbaycanlı mühacir Rafael Piriyev saxlanılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, o, Fransada həbs olunub. 

 

Haqqında cinayət işi başladılan Piriyevin Azərbaycana deportasiyası gözlənilir. 

 

Həbsin dəqiq səbəbi açıqlanmasa da, onun ikinci dəfə Fransaya mühacirətə getdiyi üçün saxlanıldığı ehtimal edilir.

 

Qeyd edək ki, sözügedən mühacir şəxsi sosial şəbəkə hesablarında açıq söyüş və təhqiredici sözlərdən istifadə etməyi ilə tanınır və bu xüsusiyyətinə görə tənqid edilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu