Modern.az

Bina tikən sahibkarlara gələn ildən vergi güzəşti ediləcək

Bina tikən sahibkarlara gələn ildən vergi güzəşti ediləcək

14 Noyabr 2019, 12:38

Vergilər Məcəlləsinə edilən dəyişikliklərə görə, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin əmlaka görə əldə etdiyi gəlirlər vergiyə cəlb edilməyəcək.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, bunun üçün həmin şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edilməlidir.

Ziyad Səmədzadə onu da əlavə edib ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsi əlavə dəyər vergisindən ƏDV-dən azad ediləcək:

“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir