Arxiv
20 Noyabr 2019, 15:58 | AKTUAL
Əbülfəs Qarayev Parisdə 4 ölkənin naziri ilə görüşüb - FOTO

UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisdə səfərdə olan Mədəniyyət naziri Əbülfəs Qarayev İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi, Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo, Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço və Tunisin  Mədəniyyət naziri Mohamed Zin El Abidin  ilə görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, görüşlərdə mədəniyyət və yaradıcı sənayelər sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmiş, əməkdaşlığın inkişaf perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılmışdır. Nazir Əbülfəs Qarayev mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma olan “Bakı Prosesi” və onun çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat verib.

 

İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset ilə keçirilmiş görüşdə nazir Əbülfəs Qarayev 2018-ci ildə Davos Forumu çərçivəsində keçirilən Mədəniyyət nazirlərinin Konfransında iştirak məqsədilə İsveçrəyə səfərini xatırlayaraq Forum çərçivəsində mədəniyyət sahəsinin iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul olunmasının rezonans doğurduğunu qeyd etmişdir. İsveçrə tərəfindən irəli sürülmüş Baukultur təşəbbüsünün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini bildirən Əbülfəs Qarayev hazırda bu istiqamətdə yaradıcı sənayelərin inkişafı ilə bağlı işlərin aparıldığını və İsveçrə innovasiya və yaradıcı sənaye sahələrində öndə gedən ölkələrdən biri olduğundan Azərbaycanın bu sahədə İsveçrə ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

 

Nazir, həmçinin Azərbaycanla İsveçrə arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının və bu müqavilə əsasında fəaliyyət planının hazırlanmasının zəruri olduğunu qeyd edərək müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

 

Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi ilə keçirilmiş görüşdə də iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün müqavilə-hüquq bazasının yenilənməsinin və bu məqsədlə əməkdaşlıq müqaviləsi və proqramının hazırlanmasının vacibliyi vurğulayıb.

 

Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo ilə görüşdə Əbülfəs Qarayev Koreyanın yaradıcı sənaye sahəsində inkişaf etmiş ölkə olduğu və Mədəniyyət Nazirliyinin bu sahədə Koreya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

 

Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço ilə görüşdə Əbülfəs Qarayev cari ilin dekabr ayında Kolumbiyada keçiriləcək UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycanın komitə üzvü kimi iştirak edəcəyini bildirmişdir. O, 2013-cü ildə sözügedən Komitənin iclasının Bakıda keçirildiyini qeyd edərək tədbirin təşkilində uğurlar arzulayıb.

 

Tunisin  Mədəniyyət naziri Mohamed Zin El Abidin ilə görüşdə Əbülfəs Qarayev cari ilin 17-19 dekabr tarixlərində “Tunis İslam Mədəniyyətinin Paytaxtı – 2019” Mədəniyyət ili çərçivəsində Tunisdə keçiriləcək Mədəniyyət nazirlərinin 11-ci İslam Konfransında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin iştirak edəcəyini bildirmiş və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq proqramının razılaşdırılacağını qeyd edib.

 

Görüşlərin sonunda Əbülfəs Qarayev həmkarlarını 2020-ci ildə Bakıda keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumunda iştiraka dəvət edib.

 

Nazir Əbülfəs Qarayev Forum çərçivəsində Burkina-Faso, İspaniya, Braziliya, Çin, Menteneqro və digər ölkələrin nazir və nazir müavinləri ilə müzakirələr aparıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO 25 Yanvar 2020, 12:42 İlham Əliyev Ərdoğana başsağlığı verdi: “...məni son dərəcə sarsıtdı” 25 Yanvar 2020, 12:39 Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - FOTO 25 Yanvar 2020, 12:27 Deputatlığa namizədlərin SAYI... 25 Yanvar 2020, 12:16 Polis 34 şübhəlini saxladı 25 Yanvar 2020, 12:03 Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq” 25 Yanvar 2020, 11:52 Koronavirus sürətlə dünyaya yayılır – Beynəlxalq Fövqəladə vəziyyət oluna bilər 25 Yanvar 2020, 11:33 Azərbaycanda SİBİR SOYUQLARI - 19 dərəcə şaxta olub, qar örtüyü 30 sm-a çatıb  25 Yanvar 2020, 11:18 Naqif Həmzəyev Gəncənin Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb - VİDEO 25 Yanvar 2020, 11:15 Novruz Aslanovun təşviqat kampaniyası 33 kəndi əhatə edib - FOTOLAR 25 Yanvar 2020, 11:10 Bakı sakini Belarus arağından zəhərləndi 25 Yanvar 2020, 11:08 Fəzail Ağamalı 2 kəndin sakinləri ilə görüşdü - VİDEO 25 Yanvar 2020, 10:59 Xırdalanda bu gün işıq kəsiləcək 25 Yanvar 2020, 10:45 Azərbaycanın tarixi və mədəniyyət abidələri “bərpa” etmək adı altında “erməniləşdirilir” - BƏYANAT 25 Yanvar 2020, 10:30 Kamran Bayramovun seçicilərlə görüşü - FOTOLAR 25 Yanvar 2020, 10:23 Gələcəkdə bizi nə gözləyir – REKTOR YAZIR 25 Yanvar 2020, 10:12 Naftalan sakini qidadan zəhərlənərək ölüb 25 Yanvar 2020, 10:05 Nazirlik 40 mindən çox şəxsə elektron qaydada müavinət təyin olunub 25 Yanvar 2020, 09:55 Bakıda sərnişin avtobusu yoldan çıxdı - yaralılar var 25 Yanvar 2020, 09:46 Kənd sakinlərinin icra başçısından 4 xahişi - FOTOLAR 25 Yanvar 2020, 09:39 Milli Qəhrəmanların parlament gözləntiləri: ÇAĞIRIŞ EDƏN DƏ OLDU, “O SEÇİLSƏ, SONUMUZ  NECƏ OLACAQ” deyən də   25 Yanvar 2020, 09:30 Ermənilər Baş Qərvəndi atəşə tutdu 25 Yanvar 2020, 09:25 Yerə nəhəng asteroid yaxınlaşır - TƏHLÜKƏ 25 Yanvar 2020, 09:07 Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 20-yə çatdı - YENİLƏNİB 25 Yanvar 2020, 08:54 Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi 25 Yanvar 2020, 01:03 Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTOLAR 25 Yanvar 2020, 00:46 Rusiya XİN-də Qarabağ müzakirəsi 25 Yanvar 2020, 00:29 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı 25 Yanvar 2020, 00:12 35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR 24 Yanvar 2020, 23:47 ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi 24 Yanvar 2020, 23:33 Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO 24 Yanvar 2020, 22:56 Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı 24 Yanvar 2020, 22:22 İslahatlar Naminə Açıq Media Bloku - İNAM yaradıldı 24 Yanvar 2020, 22:03 Beyləqanda  məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb - FOTOLAR 24 Yanvar 2020, 21:46 AMEA-da yeni təyinat 24 Yanvar 2020, 21:29
SORĞU Yeni parlamentdə kimlər olsun?