Modern.az

BDU-nun ölən və xəstəxanaya yerləşdirilən tələbələrinin adı açıqlandı - YENİLƏNİB-2

BDU-nun ölən və xəstəxanaya yerləşdirilən tələbələrinin adı açıqlandı - YENİLƏNİB-2

21 Noyabr 2019, 15:11

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2№-li yataqxanada zəhərlənmiş tələbələrin yerləşdirildiyi xəstəxanaya gedib.

Modern.az xəbər verir ki, E.Babayev 2 tələbə qızın yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə onların vəziyyətilə maraqlanıb, həkimlərlə söhbətləşib.

Hazırda xəstəxanada olan tələbələrin 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) olduğu bildirilib.

Onların vəziyyəti ağır qiymətləndirilir.

Hadisə BDU-nun Mətbuat küç. 36 ünvanında yerləşən 2№-li yataqxanasında baş verib. Verilən məlumata görə, qızlar ötən axşamdan zəhərləniblər. Həkimlər bu gün günorta saatlarında hadisə yerinə çağırılıb. Onlar yataqxanada huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıb. Onlardan biri - fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölü tapılıb.

***

Bakı Dövlət Universitetinin (BDU) 2№-li yataqxanasındakı zəhərlənmə nəticəsində ölən tələbənin adı açıqlanıb. 

Modern.az xəbər verir ki, BDU-dan həyatını itirən tələbənin 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı olduğu bildirilib.

Verilən məlumata görə, qızlar ötən axşamdan zəhərləniblər. Həkimlər bu gün günorta saatlarrında yataqxanada huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıb. Onlardan biri ölü tapılıb.


***

Bakı Dövlət Universitetinin (BDU) 2№-li yataqxanasında zəhərlənmə hadisəsi qeydə alınıb.

 

Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib ki, məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub.

 

Bildirilib ki, həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar:

 

“Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Klinik Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir