Arxiv
21 Noyabr 2019, 16:58 | MƏDƏNİYYƏT
Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ

Modern.az saytında “Art Time”  rubrikası davam edir. Rubrikanın budəfəki qonağı 20 noyabrda “Land Mark”da öz ifaları ilə Bakı izləyicilərinə möhtəşəm hisslər yaşadan Macarıstanın ən məşhur caz müğənnisi Veronika Harcsa oldu.

Qeyd edək ki ,Veronica Harcsanı konsert zamanı gitara virtouzu Balint Gyemant müşayiət edirdi.

Beləliklə, gülərüz ifaçı ilə söhbəti ni təqdim edirik:


- Neçə ildir ki musiqi ilə məşğulsunuz və necə oldu ki, Avropa caz səhnəsinin ulduzu olmağı bacardınız?


- Karyerama bir az gec başladım. 21 yaşım olanda Budapeşt Musiqi Konservatoriyasına daxil oldum. Məhz orada gitaraçı Gyemant Balint ilə tanış oldum. Biz eyni sinifdə təhsil alırdıq və boş vaxtlarımızı musiqi ilə dəyərləndirmək qərarına gəldik. Birlikdə sistemli olaraq musiqi çalışmalarına start verdik. Hər çalışmamız yeni bir tapıntı ilə yadda qalırdı. Beləliklə, ilk musiqimizi bəstələdik və bu musiqi bizim üçün uğurlu oldu. İlk ikili albomumuz Berlin mərkəzli caz etiketi Traumton tərəfindən tənqidlə bəyənilməyə başlayandan bir az sonra musiqimiz beynəlxalq auditoriyaya sıçrayış etdi və biz Avropa caz səhnəsinin bir hissəsi olduq. Müxtəlif quruluşlarda albomlar yazdıqdan sonra biz əsasən minimalist ikili kimi davam edirik.


- Bakıya gəlməyiniz kimin fikri idi? Bu məsələdə təşəbbüskar kimdir?

- Hazırda bu regionda konsert turundayıq. Öncə Moskva, daha sonra Tiflisdə konsertlərimiz oldu. Nəhayət Qafqazın ən gözəl təbiətinə və  gülərüz mehriban insanlarına malik olan Bakıya gəldik. Buradan sonra İstanbul və Ankarada konsert proqramları ilə çıxış edəcəyik. Nəhayət Budapeştə geri dönəcəyik. Azərbaycana gəldiyimiz üçün çox sevinirik, çünki konsert zamanı buradakı kütlənin coşqusu ilə qarşılaşa bildik. Biz xarici ölkələrə gedəndə kütlə qarşısında təkcə macar musiqisi ilə deyil, xarici musiqilərlə də çıxış edirik. Bu zaman həm kütlə bizi daha yaxından hiss edir, həm  də biz kütlənin reaksiyasını duya bilirik.


- Azərbaycan musiqisi ilə tanışsınızmı? Bilirsinizmi ki, Azərbaycan dünya şöhrətli cazmen Vaqif Mustafazadənin vətənidir?


- Kiçik məkanlar böyük şəxsiyyətlər yetirə bilər və o şəxsiyyətlər bütün dövrlərdə yadda qala biləcək sənət yarada bilərlər. Vaqif Mustafazadə macar xalqına və macar musiqisinə tanış olan bir sənətkar idi. Sevinirəm ki, aramızdakı məsafələrin uzaqlığına baxmayaraq, Vaqif Mustafazadənin caz bəstələri Macarıstana da gəlib çatmışdı.


- Azərbaycanlı izləyicilərin  ifalarınıza olan rekaksiyaları necə idi? Sizdə hansı təəssüratlar yaratdı?


- Çox cəlbedici və təravətləndirici oldu. Birinci musiqidən etibarən biz çox təsirli daxili reaksiyaları gördük. Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi. Reaksiyaları görüncə, biz coşmağa başladıq. Bu, ifalarımızda da öz əksini tapdı. Hər ifadan sonra alqışlar daha da artırdı. Düşünürəm ki, bir musiqiçi üçün ən böyük uğur, onu dinləməyə gələn zalın coşqusu və alqışlarıdır.


Leyla ŞAH

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa görə Gömrük Komitəsinə müraciət olundu 28 Yanvar 2020, 16:24 Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir danışdı 28 Yanvar 2020, 16:23 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 16:17 Baş Prokurorluq Hacıqabuldakı ölümlə bağlı açıqlama yaydı 28 Yanvar 2020, 16:12 Qədim Kiş kəndi seçkilərə hazırdır - FOTO 28 Yanvar 2020, 16:12 Azərbaycanda ən yüksək əməkhaqqı olan SAHƏLƏR 28 Yanvar 2020, 16:05 Türkiyə yenə silkələndi – 5,1 bal 28 Yanvar 2020, 16:00 Paşinyanın əsas tənqidçisi saxlanıldı - evindən silah tapılıb 28 Yanvar 2020, 15:53 Mentalitet unudulur? - “Artıq bizdə də cütlüklər əvvəlcədən birgə yaşayır, sonra evlənirlər” 28 Yanvar 2020, 15:46 Prezidentin səsləndiyi gənc Gədəbəy seçicisini ayağa qaldırdı - Elmar Musayevdən mesaj - VİDEO 28 Yanvar 2020, 15:40 Dəhşətli virusla bağlı Azərbaycan hökuməti təcili müşavirə keçirildi - Prezident tapşırıq verdi 28 Yanvar 2020, 15:34 Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək 28 Yanvar 2020, 15:28 Su sayğaclarını oğurlayanlar yaxalandılar 28 Yanvar 2020, 15:22 Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı 28 Yanvar 2020, 15:16 Kamran Bayramov Şəmkirin Quşçu və Çovdar kəndlərində görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 15:10 Azərbaycanda yeni musiqi alətləri yaradıldı- “ay-ulduz”, “sevgililər”, “fitar”... 28 Yanvar 2020, 15:05 Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi 28 Yanvar 2020, 15:00 İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər 28 Yanvar 2020, 14:54 Ermənistan Konstitusiya Məhkəməsinin hakiminin oğlu oğurlanıb 28 Yanvar 2020, 14:48 İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı - koronavirusa görə 28 Yanvar 2020, 14:42 Moskvada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirildi 28 Yanvar 2020, 14:36 Vüqar Bayramov: “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” 28 Yanvar 2020, 14:30 Məlahət İbrahimqızı 3-cü mikrorayonun sakinləri ilə görüşüb - FOTO 28 Yanvar 2020, 14:25 Koronavirusdan qorunmaq üçün 5 MƏSLƏHƏT 28 Yanvar 2020, 14:20 Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI 28 Yanvar 2020, 14:16 Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəd 28 Yanvar 2020, 14:10 Yaşa görə pensiya hüququ qazana bilmək üçün lazım olan şərtlər - Rayonlar üzrə 28 Yanvar 2020, 14:07 AzTV aprel döyüşləri haqqında uşaqlar üçün cizgi filmi hazırlayır 28 Yanvar 2020, 14:00 Saleh Məmmədov: “12 rayonda yeni yollar çəkiləcək” 28 Yanvar 2020, 13:55 Azərbaycanda dəhşətli virusa qaşı bu tədbirlər görüləcək - SİYAHI 28 Yanvar 2020, 13:50 İcra başçısı növbəti dəfə vətəndaşlarla görüşüb 28 Yanvar 2020, 13:44 Azərbaycanda daha 6 "ASAN Xidmət" mərkəzi açılacaq 28 Yanvar 2020, 13:40 Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Koronavirusa yoluxanların real sayı 20 dəfə çoxdur 28 Yanvar 2020, 13:38 Blogger Fatimə saxlanılıb? - RƏSMİ AÇIQLAMA 28 Yanvar 2020, 13:34 Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır - DİQQƏT 28 Yanvar 2020, 13:30
SORĞU Yeni parlamentdə kimlər olsun?