Modern.az

“Xəzər dialoqu 2019” forumunun tarixi bilindi

“Xəzər dialoqu 2019” forumunun tarixi bilindi

22 Noyabr 2019, 20:03

Noyabrın 27-də Moskva şəhərində “Xəzər dialoqu 2019” XII beynəlxalq iqtisadi forum keçiriləcək.

Modern.az  xəbər verir ki, bu barədə “Report”a forumun təşkilat komitəsindən bildiriblər.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi və bir sıra rəsmi qurumlarının dəstəyi və yaxından iştirakı ilə hər il keçirilən forumun məqsədi Xəzərin təbii ehtiyatlarının tədqiqi, dəyərləndirilməsi və istifadəsində, təbii, texnogen, geoloji risqlərin müşahidəsi və aradan qaldırılmasında, bioloji sərvətlərin mühafizəsinin daha da artırılmasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.

Forum çərçivəsindəki tədbirlərdə Xəzəryanı ölkələrin hakimiyyət qurumlarının, neft-qaz şirkətlərinin, elmi idarələrin, innovasiya və sahəvi təşkilatların nümayəndələri iştirak edəcək. O cümlədən elm və təhsil müəssisələrinin gənc alimləri, Xəzərdə çalışan neft qaz şirkətlərinin gənc mütəxəssisləri də keçiriləcək müzakirələrə dəvət olunublar.

Qarşıdakı forumun ən mühüm tədbiri “Xəzərin keşiyində olan innovasiyalar” adlı konfrans olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?