Modern.az

"Qarabağ" "Sumqayıt"la bacarmadı

Aktual

22 Noyabr 2019, 21:20

Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start verilib. 

Modern.az xəbər verir ki, "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Matçda hesabı 36-cı dəqiqədə ağdamlıların ispaniyalı legioneri Xayme Romero açıb.

Görüşün ikinci hissəsində isə meydan sahiblərinin iranlı legioneri Peyman Babayi 65-ci və 68-ci dəqiqələrdə 2 qol vuraraq komandasına qələbə qazandırıb.


"Qarabağ" bununla mövsümdə ilk məğlubiyyətini alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır