Arxiv
24 Noyabr 2019, 11:25 | MƏDƏNİYYƏT
Yaqut kimi YAQUT... - Səhnə ona baha başa gəlib

Gücüm çatsaydı, ölçülərin, dəyərlərin  belə qarmaqarışıq düşdüyü zamanı dayandırıb ardınca hamıya bu xanımı xatırladardım. İsminə diliniz yadırğamış olar. Amma nəğmələri unudulası deyil. “Sarı bülbül”, “Yar gəldi”,  “Azərbaycan gözəli”,  “Qaragilə”... Bu xanım Yaqut Abdullayevadı, yəqin ki, xatırladız...


Səhnə ona baha başa gəlib.  Bu istəyinə görə hər gün evlərində dava-dalaş düşüb.  “Özünə başqa sənət tap, bircə oxuyanımız çatmır”-deyiblər.  Yaqut xanımsa inadından əl çəkməyib. Deyir, hər şeyə iradəsiylə, mübarizəsiylə çatıb. Yaxşı ki, anası varmış.
“Anam savadsız olsa da, çox dünyagörüşlü qadın idi. O zaman hamı mənə qarşı çıxanda bircə, o  mənəvi dayağım oldu. Sonrasa özümə müəllim bildiyim insanlar köməyimə çatdı”.


1973-cü ildə Cəbrayıldan Bakıya gəlir. Qulu Əsgərov, Nəriman Əliyev, Rəhilə Cabbarova kimi insanlar yolunda yaşıl işıq yandırırlar. Maestro Niyazidən, Rübabə Muradovadan, Şövkət Ələkbərovadan xeyir-dua alır.  Gün gəlir ki, Opera və Balet Teatrına dəvət olunur.

 
“1973-cü ildə ilk dəfə televiziyaya çıxdım. Ondan sonra məktub gəldi ki, səni operaya dəvət eləyirik. Getmədim. 1984-cü ildə rəhmətlik Aslan Aslanovun təkidi ilə bu dəvəti qəbul elədim, amma bir şərtlə: Leylini oynayıb qayıdacam”.


Səhnəyə üç dəfə Leyli kimi çıxır. Leylini necə oynamağısa Xalq artisti Gülxar Həsənovadan öyrənir. Arif Babayevlə, Canəli Əkbərovla tərəf müqabili olur.


1973-cü ildən 90-cı illərə kimi bütün tədbirlərə, konsertlərə çağırılıb. “Mərkəzi Komitənin xətti ilə rayonlara gedirdik. Belə yerlərə həmişə dəvət alanlardan biri də mən olurdum”.


İndi Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. “Bura gəlməyimdə də Aslan Aslanovun köməyi olub. Universitetin rektoru idi. Bircə dəfə səsimi dinləyib dedi ki, səni burda saxlayacam”.


Çoxdandı nəğmələrinə həsrətik. Belə bir ifaçının varlığını televiziyalarımız çoxdan unudub.  Yaqut xanımın özü demiş, “hər şeyi pulla ölçürlərsə, onu kim yada salacaq?”


Amma maraqlıdı ki, belə şeylər onu bədbinləşdirməyib.


“Heç vecimə də deyil, ürəyim istəyən qədər oxumuşam. Mənə qiyməti Azərbaycanın dahi sənətkarları verib. Həmişə xalq mahnılarına hörmətlə yanaşmışam. Ona görə də  xalq da mənə hörmət eləyib. Hara getmişəmsə,  ehtiram görmüşəm”.


Tək bir gileyi var:


“İndi xalq mahnılarını aranjiman eləyib oxuyurlar. Əsəblərimə toxunur. Kim onlara bu ixtiyarı verib? Guya yenilik eləyirlər. Onda Qız qalasını da söküb təzə dəblə tikək ki, müasir tələblərə cavab vermir. Amma inanın ki, belə müğənnilər gəldi-gedərdilər. Paltar kimi bir şeydilər. Bir mövsümdə gərək olsalar da, başqa mövsümdə atılacaqlar”.


2001

Səfurə Çərkəzqızı,
"Sevdalılar"


Redaksiyadan: Yaqut Abdullayeva 1954-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olub. O, fəhlə Babakişi Abdulla oğlunun və evdar qadın Bahar xanımın çoxuşaqlı ailəsində dünyaya göz açıb. Sənətə doğru ilk addımını Cəbrayıldakı M.Qorki (indiki akademik M.Mehdizadə) adına 1 saylı şəhər orta məktəbinin 6-cı sinifdə oxuduğu zaman atıb. 
Əvvəl Cəbrayılda, sonra isə Bakıda tibb təhsili alarkən böyüklərindən gələn xəbərdarlıq hədəsi onun səhnəyə yolunu bağlamışdı. Ancaq özü üçün oxuyurdu.

7-ci sinifdə oxuyanda Yaqut məktəbin özfəaliyyət kollektivinin ən fəal üzvlərindən biri idi. Səs-sorağı rayon mədəniyyət şöbəsinə də gedib çıxmışdı. Tez-tez gəlib onu məktəbdən konsertlərə aparırdılar. Adını rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Çinar” mahnı və rəqs ansamblının solisti kimi təqdim edirdilər. Hər dəfə gözəl və gur səsiylə tamaşaçıların alqışlarını qazanırdı. Xan Şuşinski, Qulu Əsgərov, Zeynəb Xanlarova kimi ustad xanəndələrin oxuduqları muğam parçalarını, xalq mahnılarını olduğu kimi təqlid edirdi. Bilmədiklərini isə Cəbrayılda məşhur tarzən kimi tanınan Nəriman Vəliyevdən (məşhur filoloq Kamil Vəli Nərimanoğlunun atası) öyrənirdi. Səriştəsini artırırdı.

Yaqut Abdullayevanın bir müğənni kimi respublika səviyyəsində tanınması isə 1971-ci ilə təsadüf edir. 17 yaşlı qız Cəbrayıl rayon Mədəniyyət evinin “Çinar” ansamblının solisti kimi ilk dəfə televiziyada çıxış edir. “Ay bülbüllər” xalq mahnısını oxuyur.
Şöhrəti hər yana yayılır. Rayona qayıtmağıyla Opera və Balet Teatrından -səhnəmizin Ərəbzəngisi, Xalq artisti Gülxar Həsənovadan ona məktub gəlir. Gülxar xanım onu Opera və Balet Teatrında işləməyə dəvət edirdi. Abdullayevlər ailəsi razı olmur. Qardaşları “yox deyir”.

Nəhayət çətinliklə də olsa, 1973-cü ilin yayında Bakıya gəlir. İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olur. İfaçılıq sənətinin sirlərini bu sənət məbədində öyrənir. Sonra “Xatirə” xalq çalğı alətləri ansamblının solisti sırasına qəbul edilir. Beləliklə, o gündən Yaqut xanım böyük səhnəyə ilk addımını atmış olur. Qulu Əsgərov, Nəriman Əliyev, Gülxar Həsənova kimi istedadlı sənətkarlarımızdan xalq musiqimizin, muğamlarımızın sirlərini öyrənir.

Şövkət Ələkbərova, maestro Niyazi ilə birgə çıxışlar edir. Onlardan dəyərli məsləhətlər alır. Özünə və səsinə hörmət edən, öz yolu olan sənətkar kimi püxtələşir. Kimisə təkrarlamır, öz avazı, bənzərsiz səsiylə özü olur.

1982-86-cı illərdə Opera və Balet Teatrında fəaliyyət göstərib. Burada "Leyli və Məcnun"da Leyli obrazını yaradıb, "Şah İsmayıl"da Ərəbzənginin, "Gəlin qayası"nda Sənəmin partiyalarını böyük məharətlə ifa edib.

Bu gün Yaqut xanım musiqi mədəniyyətimizin tanınmış nümayəndələrindən, xalq mahnılarımızın ustad ifaçılarından biri kimi tanınır. 40 ildən çoxdur ki, professional səhnədədir. Bu müddətdə keçmiş Sovet İttifaqının respublikaları ilə yanaşı, bir sıra xarici ölkələrdə - Almaniya, Polşa, Macarıstan, Bolqarıstan, qardaş Türkiyə və s. dövlətlərdə Azərbaycan mədəniyyətini və musiqisini yüksək səviyyədə təmsil edib. Azərbaycan Televiziyasının fondunda Yaqut xanımın bir neçə solo konsertinin, radioda isə ifa etdiyi 150-dən artıq xalq mahnısının, təsnif və muğamın lent yazıları saxlanır.
1973-cü ildən məşhur tarzən, Xalq artisti Əhsən Dadaşovun adını daşıyan xalq çalğı alətləri ansamblının solistidir. 2005-ci ildə səsinə, sənətinə hörmət edən pərəstişkarları tərəfindən diski buraxılıb.

1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Universitetin dosenti tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Azərbaycan Respublikasının Əməkdar artistidir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03 Lavrovdan Liviya AÇIQLAMASI 20 Yanvar 2020, 15:55 Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO 20 Yanvar 2020, 15:48 Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2020, 15:40 Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır 20 Yanvar 2020, 15:32 "Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib 20 Yanvar 2020, 15:24 Bir gündə 20 cinayətkar tutuldu 20 Yanvar 2020, 15:17 Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başladı 20 Yanvar 2020, 15:10 Baş prokuror istefa verdi 20 Yanvar 2020, 15:02 Azərbaycanda kişi küçədə soyuqdan donaraq öldü 20 Yanvar 2020, 14:55 Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR 20 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Rövşən Sadıxov Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 20 Yanvar 2020, 14:40 Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB 20 Yanvar 2020, 14:33 ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb - FOTO 20 Yanvar 2020, 14:24 "Qoca"nın qardaşı həbs olundu - FOTO 20 Yanvar 2020, 14:15 Türkiyənin Azərbaycandakı səfirliyinin bayrağı endirilib 20 Yanvar 2020, 14:09 Gəncədə ümumşəhər tədbiri keçirilib - FOTO 20 Yanvar 2020, 14:03 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edildi - FOTO 20 Yanvar 2020, 13:54 Ziyafət Əsgərov və Hadi Rəcəbli  Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR 20 Yanvar 2020, 13:46 “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs SAXLANILDI 20 Yanvar 2020, 13:38 Hacıqabulda ümumrayon tədbiri keçirilib - FOTO 20 Yanvar 2020, 13:30 "İşğalçı Ermənistanla fars hakimiyyətinin bugünkü qardaşlaşması nədir..?" 20 Yanvar 2020, 13:22 İsmayıllıda ağır qəza - 1 ölü, 7 yaralı 20 Yanvar 2020, 13:14 İran Davos İqtisadi Forumunda iştirakdan imtina etdi 20 Yanvar 2020, 13:05 Prezidentin köməkçisindən Qorbaçovla bağlı ÇAĞIRIŞ 20 Yanvar 2020, 12:57
SORĞU Yeni parlamentdə kimlər olsun?