Arxiv
25 Noyabr 2019, 10:03 | ANALİTİKA
Erməni katolikosu II Qaregin Bakı Sammitinə niyə gəlmədi?..

Ötən həftə Bakıda keçirilmiş Dünya Dini liderlərinin 2-ci Bakı Sammiti yaddaqalan mötəbər tədbir oldu.


Dünyanın dörd bir yanından Azərbaycana toplaşan nüfuzlu din rəhbərləri, ictimai xadimlər, hökumət və parlament üzvləri bəşəriyyəti narahat edən qlobal problemləri müzakirə etdilər, imzaladıqları yekun Bəyannamədə dünyanı təhdid edən təhlükələrə qarşı mübarizədə bir yerdə olduqlarını bildirdilər.


Bakıda imzalanmış bu sənəddə bir imza yox idi.
Erməni katolikosu Qaregin bu sammitdə iştirak etmədi. Dini baxışlarından asılı olmayaraq hamının – xristian rahiblərinin, buddist monarxın, müsəlman ruhanilərinin, zərdüşt kahinin, yəhudi ravvinin əl-ələ verib görüşdüyü, cahana bərabərilk və sülh mesajı verdiyi bir toplantıya erməni kilsəsinin qatılmaması bəzi suallar doğura bilərdi.


Uğurlu sammitin xoş təbrikləri

Əvvəlcə qeyd edək ki, Bakıdakı zirvə görüşünün uğurlu nəticələri iştirakçıların Azərbaycan Prezidentinə göndərdiyi təşəkkür məktublarında bir daha təsdiq olundu.


BMT Baş katibinin müavini  Migel Anhel Moratinos
Prezidentin rəhbərliyi ilə aparılan “Bakı prosesi”nin dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını vurğulayıb. BMT rəsmisi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoqun möhkəmləndirilməsində dini liderlərin rolunun gücləndirilməsinə göstərdiyi dəstəyini yüksək qiymətləndirib.


Moskvanın və Bütün Rusiyanın patriarxı Kiril
Dünya dini liderlərinin II Bakı Zirvə Görüşündə iştirak etmək imkanına görə şad olduğunu və toplantıda müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildiklərini yazıb.


Türkiyənin Diyanət İşləri başqanı
, professor Dr. Ali Erbaş bu toplantının ölkələr arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcəyini yazıb.


Qüds Sefardi ortodoks baş ravvini
Şlomo Amar sammitin dinlər və xalqlar arasında sülh yaradılmasına xidmət etdiyini yazaraq, güclü və dərin iz qoyan təəssüratlarla ölkəsinə qayıtdığını vurğulayıb. O, Azərbaycanı “antisemitizmin hökm sürmədiyi yeganə ölkə” adlandırıb.


Birləşmiş Ərəb Əmirlikləri
Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri Seyyid Əbdurrəhman Al Haşim Sammiti  “mühüm tədbir” adlandırıb.


Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin
(KAICIID) Baş katibi Feysəl bin Muammar isə məktubunda Sammitin nəticələrinə toxunaraq qeyd edib ki, dünya liderləri və nümayəndələri tədbir zamanı aparılan müzakirələr və qəbul olunmuş bəyannamə ilə ekstremizm, ksenofobiya və diskriminasiyaya qarşı mübarizədə qlobal dialoqun və ümumbəşəri həmrəyliyin əhəmiyyətini bir daha vurğuladılar.  O qeyd edib ki, məqsəd dünya dini liderləri və siyasətçilərini bir araya gətirərək, dünyamızı narahat edən problemlərin həllində ortaq məxrəcin tapılmasıdır.


Bu ortaq məxrəcin bir qolu və məsuliyyəti də erməni katolikosunun üzərindədir
. Qareginin Bakı sammitinə qatılmaması bu baxımdan dünyanın aparıcı dövlətlərinin də marağını çəkməsi təsadüfi deyildi. Bu günlərdə QMİ sədri ilə görüşən ABŞ səfiri Earle D.Litzenbergeri erməni dini lideri ilə təmasların davamlı olmasının əhəmiyyətini qeyd edərək,  belə görüşlərin xalqlar arasında sülhün baş tutacağına ümidləri artırdığını bildirib.


Bu mesajın səslənməsi Sammitin əhəmiyyətinə verilən qiymətlə yanaşı, münaqişənin həllinə din xadimlərinin verə biləcəyi töhfələrə də işarə saymaq olar.


Bakı Sammitinin əsas təşkliatçısı olan A.Paşazadə təbii ki, toplantıda erməni katolikosunun niyə iştirak etməməsi ilə bağlı sualların yaranacağını təxmin etməmiş olmazdı. Qarabağ münaqişəsinin başlandığı ilk ildən bəri dini rəhbər kimi qarşı tərəfin bütün məkrinə və hiyləgər gedişlərinə rəğmən, QMİ sədri sülh mesajlarının və bunun möhkəm özülünü yaradacaq öhdəliklərin qəbuluna çalışıb.


“Ruhani diplomatiası”nın mesajları

Azərbaycan bu baxımdan daim regional münaqişələrin həllində din xadimlərinin rolunu yüksək qiymətləndirib. Elə Şeyxülislam A.Paşazadə də ABŞ səfiri ilə görüşündə 1988-ci ildən bəri vasitəçilər tərəfindən erməni dini liderləri ilə keçirdiyi çoxsaylı görüşləri, o cümlədən, MDB Dinlərarası Şurasının həmsədri kimi İrəvana səfərini, erməni katalikosunu I Bakı Sammiti çərçivəsində Azərbaycana dəvət etməsini xatırladıb. 
QMİ sədri bu görüşlər zamanı əldə olunmuş razılaşmalara erməni tərəfinin davamlı şəkildə əməl etməməsindən narazı qaldığını bildirib, lakin ümumən dini liderlərin görüşlərinə dair səfirin təklifini müsbət dəyərləndirib.


Erməni katolikosu ilə QMİ sədrinin təmasları hələ Qarabağ münaqişəsinin  ilk illərdən başlanıb.


1988-ci ilin may ayında Ermənistan katolikosu Vazgenlə Rostovda keçirilən görüşdə  din xadimləri birgə müraciətlə  münaqişə tərəflərini dostluğa və sülhə çağırırdılar. 


Azərbaycan və Ermənistan dini liderlərinin 1993-cü ildə baş tutan növbəti görüşündə Allahşükür Paşazadə və katalikos 1-ci Vazgen  Qarabağ münaqişəsinin dini motiv daşımadığını bəyan ediblər.  

Bundan sonra vasitəçilik missiyasını Rus Pravoslav Kilsəsi öz üzərinə götürüb.  1995-ci ilin yayında Rusiya Patriarxı II Alekseyin təşəbbüsü ilə QMİ sədri 1-ci Qareginlə görüşüb. Dini liderlər sülh konfransının çağırılması barədə təşəbbüslə çıxış edərək, atəşkəsin imzalandığı o dövrdə qaçqınlar, girovlar və əsirlərlə bağlı problemin həll olunmasının mühümlüyünü bəyan ediblər. Onlar bunu sülh əldə edilməsinin vacib şərti saydıqlarını deyərək, münaqişə tərəflərinə əllərində olduğu bütün əsirləri azad etməyə çağırıblar.


Bu təmaslar 2000-ci illərdə də davam edib.


26 aprel 2010-cu ildə
 İlk dəfə olaraq Allahşükür Paşazadə tərəfindən Azərbaycana dəvət edilən katalikos 2-ci Qaregin Bakıda keçirlən dini liderlərin Ümumdünya sammitində iştirak edib.


Sammitdə çıxış edən 2-ci Qaregin etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə altına saldığını etiraf edib. Öz çıxışında katolikos Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səylərin davam etdiriləcəyini bəyan edib.


Sammit çərçivəsində katalikos Qaregin, şeyxülislam Allahşükür Paşazadə və Rusiya Patriarxı Kirill arasında üçtərəfli görüş yekun bəyanatla yekunlaşıb.  Dini liderlər sənəddə problemin sülh yolu ilə həllinin vacibliyini qeyd edir və bu istiqamətdə öz səylərini davam etdirəcəklərini açıqlayırdılar.


Bakıda olan Qaregin Prezident İlham Əliyevlə görüşüb. Dövlət başçısı din xadimlərinin sülh təşəbbüslərini alqışlayıb və bəyan edib ki, bu işdə din xadimlərinin rolunu yüksək qiymətləndirir.

2011-ci ilin noyabrında katalikos 2-ci Qareginin dəvəti ilə şeyxulislam Allahşükür Paşazadə MDB ölkələrinin Dinlərarası Şurasının iclasında iştirak etmək üçün Yerevana gedib. Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin ənənəvi üçtərəfli görüşü zamanı qəbul olunmuş birgə bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması alqışlanırdı: “Biz münaqişə tərəflərini regionda sülhə, sabitliyə sadiq qaldıqlarını nümayiş etdirməyə çağırırq”-deyə birgə bəyənnamədə vurğulanırdı.  

 

2016-cı ilin aprelində Qaregin Şeyxulislamla görüşdən niyə qaçıb?


2014-cü ilin avqustunda katalikos 2-ci Qaregin Şeyxulislama göndərdiyi məktubda sərhədboyu atəşkəsin pozulmasından narahatlığını ifadə edərək, bunu “sülhə ciddi təhlükə” adlandırmışdı. Qaregin yazırdı ki, “Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur”.
Qareginə cavab məktubunda A.Paşazadə hərbi qulluqçuların həlak olması və sərhədyanı yaşayış məntəqələrində insanların dinc həyat şəraitinin pozulması ilə bağlı  narahatlığa şərik olduğunu yazır və əlavə edirdi ki, “Sizin bəhs etdiyiniz bu atəşlər və təxribatçı hərəkətlər Azərbaycan torpaqlarında baş verir”.


2016-cı ilin aprel döyüşləri zamanı Rusiya Patriarxı dini liderlərə görüşmək və cəbhə xəttindəki hadisələrin müzakirəsini təklif etdi. QMİ sədri katolikosa görüşmək üçün müraciət etsə də,  Qaregin bundan imtina etdi.


Dini liderlərin son görüşü 2017-ci ilin sentyabrında Moskvada baş tutub.


Görüşdə erməni əsirliyində olan kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin də məsələsi müzakirəyə çıxarılıb. Allahşükür Paşazadə çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. QMİ sədri keçirilən görüşlərin nəticəsiz qaldığını deyib. Şeyxulilslam bəyan edib ki, təkcə Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhəddində dinc insanlar həlak olurlar:
“Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”-
 deyə Şeyxulislam Qareginə deyib.


A.Paşazadə bildirib ki, sadəcə, görüşmək xatirinə görüşməməlidirlər.


Şeyxulislam əsirlərin dəyişməsindən tutmuş girov götürülmüş Dilqəm və Şahbazın azad olunmasına qədər ən müxtəlif məsələlərlə bağlı erməni katolikosunun üzərinə məsuliyyət yükü qoymaqla ictimai və dini müstəvidə erməni tərəfini tərksilah etməyi bacarmışdı.  Onun xüsusi ilə  “görüş xatirinə görüş olmamalıdır”  bəyanatı əks tərəfə ciddi zərbə saymaq olardı.  


Bütün bunların təhlili onu göstərir ki, erməni katolikosu bu illər ərzindəki görüşlərdə münaqişənin sülhlə həlli üçün üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirə bilməyib.


Elə ABŞ səfiri ilə görüşdə QMİ sədri dolayısı ilə erməni tərəfinin bu öhdəliklərini yerinə yetirmədiyini diqqətə çatdırıb.

 

Yerevanı mat saxlayan gediş

Lakin buna baxmayaraq, Bakı Sammitinin keçirilməsi ərəfəsində əsas təşkliatçı kimi QMİ sədrinin qarşısında dəvətlə bağlı dilemma durub.


Ermənistanı regionun və dünyanın dini rəhbərlərinin qatılacağı mötəbər tədbirdən kənarda saxlamaq bu dövlətin Azərbaycan əleyhinə hay-küy qaldırmasına rəvac verə bilərdi.
Rəsmi dəvətə gəlincə, Azərbaycan Baş nazirinin müavininin və QMİ sədirinin imzası ilə göndəriləcək belə dəvətin rədd edilməsi və bundan dolayı yaranacaq pərtlikdən əlavə, bu addımın ölkə daxilində törədə biləcəyi rezonansın nəticələrini də götür-qoy etmək vacib idi. Dəvətin göndərilməməsi isə erməni tərəfinə Bakının sülh mesajlarında  səmimi olmaması barədə çığır-bağırına fürsət verəcəkdi. Bu zaman erməni lobbisi  və tərəfdarlarının bundan maksimum istifadə edərək, Bakı Sammitinin işini arxa plana ataraq, irəliyə lüzumsuz  siyasi qalmaqal çıxaracaqdı.   


Bu baxımdan belə dilemmanın QMİ sədrinin necə çözəcəyi maraqlı görünürdü. Bir sıra məlumatlara görə, A.Paşazadə “ruhani diplomatiyasını” işə salıb.  QMİ sədri məsələnin çözülməsi üçün Rusiya Patriarxı Kirilin ənənəvi vasitçilik misisyasından istifadə etməli olub. Məlum olduğu kimi, katolikosun öz addımlarında qeyri-ardıcıllığı və Ermənistanın hazırkı hakimiyyəti ilə problemləri onun dəvətə münasibətini müəyyənləşdirəcək faktor idi.

Şeyxulislamın xahişi ilə Rusiya Patriarxı erməni katolikosunun Bakı Sammitində iştirakı ilə bağlı niyyəti  öyrənib.  Qaregin Bakıya gəlmək istəmədiyini açıqlayıb. Bununla da problem həllini tapıb.


Bütün bu illər ərzində üzərinə öhdəliklər götürmüş və yerinə yetirə bilməmiş Qaregin Sammitdə üzləşə biləcəyi diskomfortdan yayınmaq üçün tədbirə gəlməməyə üstünlük verib
. QMİ sədri isə bu diplomatik addımla Ermənistanın əlindən Bakı sammitini qaralayacaq hər hansı əks-təbliğat üçün bəhanəsini  alıb.  Erməni dini rəhbəri Rusiya Patriarxını “tapdalayaraq” belə hay-küy qaldımağa cəsarəti çatmazdı.


Nəticədə Bakı Sammiti özünün yekun bəyanatında Dağlıq Qarabağ münaqişəsinin həllini tələb etdi, işğal olunmuş torpaqlarda mədəni və dini abidələrin dağıdılmasını pislədi.  
Birgə Bəyannamədə Birləşmiş Millətlər Təşkilatını dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırdı.


Ermənistan isə belə mötəbər toplantıdan kənarda qalmaqla dünya dini liderlərinin sülh mesajı verən birgə cəbhəsindən ayrı düşdü. Region dövləti olaraq daim sülhdən dəm vuran Ermənistanın bu cərgədə olmaması dünya üçün bir daha aydın oldu.


A.SƏFƏRLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06 Məleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDI 2 Aprel 2020, 19:00 Bakıda 39 yaşlı kişi qonşusunu bıçaqladı 2 Aprel 2020, 18:52 Fransanın ən iri bazarı meyitxanaya çevriləcək 2 Aprel 2020, 18:48 Rusiyada aprelin 30-na qədər iş olmayacaq 2 Aprel 2020, 18:33 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 2 Aprel 2020, 18:19 Keçmiş icra başçısı UNEC-in prorektoru təyin edildi -FOTO 2 Aprel 2020, 18:17 Mehriban Əliyeva: “Allah bütün şəhidlərimizə rəhmət eləsin!” 2 Aprel 2020, 18:11 Ronaldu Messini qabaqladı, tarixin ən yaxşı futbolçusu seçildi 2 Aprel 2020, 18:05 Bakıda 31 yaşlı kişi etil spirtindən öldü 2 Aprel 2020, 18:00 Goranboyda koronavirusa qarşı monitorinqlər davam etdir - FOTO 2 Aprel 2020, 17:55 Karantin dövründə kişilərdə qadınlaşma baş verəcək? - Psixoloqla MÜSAHİBƏ 2 Aprel 2020, 17:50 Azərbaycanda tələbə qəfildən vəfat etdi 2 Aprel 2020, 17:44 Sərhəddəki erməni təxribatına Rusiyadan REAKSİYA 2 Aprel 2020, 17:38 Məcburi köçkünlər üçün yeni binalar tikiləcək 2 Aprel 2020, 17:32 Daha bir ölkədə koronavirus qurbanlarının sayı 10 mini KEÇDİ 2 Aprel 2020, 17:26 Zəlzələdən sonra Şamaxıda 175, Ağsuda 223, İsmayıllıda 106 evin tikintisi başa çatdırılıb 2 Aprel 2020, 17:20 Lerik rayonunda YAP könüllüləri tərəfindən nümunəvi addım... - FOTO   2 Aprel 2020, 17:15 Avropa İttifaqı ilə sazişin 90 faizdən çox hissəsi razılaşdırılıb 2 Aprel 2020, 17:10 UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq 2 Aprel 2020, 17:05 Azərbaycanda yeni tələbə yataqxanası istifadəyə veriləcək 2 Aprel 2020, 17:00 “İnsanlar başa düşmür ki, artım olarsa, böyük faciə yaşanacaq” - Karantin xəstəxanasının həkimi ilə MÜSAHİBƏ 2 Aprel 2020, 16:55 ABŞ səfiri: “Qarabağa 17 milyon dollar yarıdm ayırmışıq” 2 Aprel 2020, 16:50 Milli Məclisin Aparatı və İşlər İdarəsi yenidən qurulacaq - SƏRƏNCAM 2 Aprel 2020, 16:44 İcra başçısı Aprel Şəhidlərinin məzarını ziyarət edib - FOTO 2 Aprel 2020, 16:38 Azərbaycana qarşı casusluq edən 15 nəfər müəyyən edilib 2 Aprel 2020, 16:32 Ünvanlı yardımın təyin olunma müddəti bitən ailələrə şad xəbər - Davam edəcək 2 Aprel 2020, 16:26 Azərbaycanda 19 polis xidmətdən, 37-si vəzifədən azad edilib - RƏSMİ 2 Aprel 2020, 16:20 Prezident Sahil Babayevə yeni müavin təyin etdi - FOTO 2 Aprel 2020, 16:14