Arxiv
25 Noyabr 2019, 22:32 | DİASPOR
Dövlət Komitəsinin nümayəndə heyəti İsrailə səfər edib - FOTO

Dünən  Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin İsrail-Azərbaycan Dövlətlərarası Komissiyasının sədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin və Xarici İşlər Nazirliyinin “Avrasiya-2” şöbəsinin direktoru İtsax Karmel Kaqan ilə görüşü keçirilib.

Komitədən Modern.az-a verilən  məlumata görə, səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı Azərbaycan-İsrail arasında sabit dostluq münasibətləri, siyasi, iqtisadi və sosial sahələr üzrə əməkdaşlıq və səmərəli əlaqələrin mövcud olduğu bir daha ifadə olunub.

Z.Elkin böyük yəhudi icmasının yaşadığı Azərbaycanda çox gözəl multikultural mühitin olduğunu məmnuniyyətlə vurğulayıb.


Z.Elkin qeyd edib ki, heç bir ayrı-seçkiliyə uğramadan, dinc şəraitdə yaşayan yəhudilər, hətta İsrailə repatriasiya etdikdən sonra belə Azərbaycanla əlaqələrini üzmürlər və bu da, onların orada qarşılaşdıqları millətlərarası dostluq münasibətlərindən, Azərbaycan mədəniyyətinə bağlılıqdan qaynaqlanır. Son dönəmdə İsraildə yaşayan yəhudilərin kütləvi şəkildə Azərbaycana turist səfərlərinə yollandıqları, oradakı yəhudi icmasının həyatı, onlara dair mövcud tarixi abidələrlə maraqlandıqları, bu amilin dövlətlər və xalqlarımız arasında münasibətlərin daha da yaxşılaşmasına müsbət təsir göstərdiyi bildirilib.

İsrailin Azərbaycandakı səfirlərinin də iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində çox mühüm rol oynadıqları və Azərbaycana yeni təyin olunmuş səfirin də bu ənənəni səmərəli şəkildə davam etdirəcəyinə əminliyini ifadə edən nazir Azərbaycan səfirliyinin İsraildə açılmasının ən çox arzu edilən məsələ olduğunu deyib.

O, həmçinin, qeyd edib ki, ölkəsində Azərbaycanda gedən siyasi proseslər daim diqqətlə izlənilir və son dövrdə dövlət strukturlarında, xüsusilə də gəncləşdirmə istiqamətində aparılan islahatlar böyük maraqla qarşılanır və İsrail rəsmiləri bunun daha bir uğurlu siyasi islahat olduğuna əmindirlər.

Nazir deyib ki, dövlətlərarası komissiyanın növbəti iclaslarından birini Bakıda keçirməyi planlaşdırırıq, Azərbaycanı və Bakını görməyi çox arzulayıram.

Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan-İsrail münasibətlərinə böyük önəm verildiyini qeyd edərək, dövlətlərimiz arasındakı çoxşaxəli əməkdaşlığın uğurla davam edəcəyindən əminliyini bildirib. Qeyd edib ki, bu münasibətlərin dayanıqlı və davamlı olmasında yəhudi diasporunun rolu çox mühümdür. Xalqlarımızın tarixində çox ağrılı və unudulmayacaq hadisələrin, o cümlədən Holokost və Xocalı kimi dəhşətli faciələrin yaşandığını, yəhudilərin və azərbaycanlıların belə halların cəmiyyətdə bir daha təkrarlanmaması üçün qarşılıqlı anlaşma şəraitində müəyyən addımlar atmasının vacibliyini, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin ərazi bütövlüyü kimi məsələlərdə İsrailin hər zaman Azərbaycanın yanında olduğunu, bu yanaşmanın aydın və dəyişilməz ifadə edildiyini nəzərə çatdırıb.

F.Muradov bildirib ki, son illər Dövlət Komitəsində müasir dövrün tələblərinə uygun müxtəlif istiqamətli işlər aparılır, diaspor təşkilatlarının irəli sürdükləri təşəbbüslərə dəstək verilir, komitə tərəfindən bir çox layihələr təşkil olunur. Bunların arasında gənclərin diaspor fəaliyyətinə cəlb olunması, Diaspor Gənclərinin Yay Düşərgələrinin təşkili, Diaspor TV və Diaspor FM-in yaradılması, diaspor xəritəsinin hazırlanması kimi müasir yanaşmaların olduğuna diqqət cəlb edilib. Bu yaxınlarda İsraildən Azərbaycana səfər etmiş böyük nümayəndə heyətinin ölkəmizdə çox maraqlı görüşlər keçirdiyi, təcrübə mübadiləsi aparıldığı, belə layihələrin davamlı olmasına komitə tərəfindən dəstək veriləcəyi və bu cür tədbirlərin iki xalqın münasibətlərində önəmli yer tutduğu bildirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00