Modern.az

Azərbaycanlı deputatın Lavrovun budəfəki səfərindən gözləntisi var…

Azərbaycanlı deputatın Lavrovun budəfəki səfərindən gözləntisi var…

3 Dekabr 2019, 15:44

Rusiya Xarici İşlər naziri Sergey Lavrov dünən Bakıya iki günlük rəsmi səfərə gəlib. Səfər çərçivəsində Rusiya XİN rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə və Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqları keçirilib. Görüşlərdə əsas müzakirə mövzusunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğu bildirilir.

Lavrovun səfərinin məqsədləri haqqında Modern.az-a danışan Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü, deputat Elman Məmmədov qeyd edib ki, Rusiya XİN rəhbəri Bakıdan öncə İrəvana səfər etdi. Deputatın fikrincə, Lavrovun Ermənistanda ortaya qoyduğu mövqe, millətçi ermənilərin mövqeyindən fərqlənmədi:

“Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında olan isti münasibətlər son zamanlar daha da inkişaf edib. Birinci vitse-prezidentimizin Moskva səfəri, Rusiya prezidenti və baş naziri ilə görüşləri münasibətlərin daha da yaxınlaşmasına şərait yaratdı. Mən düşünürəm ki, Sergey Lavrovun Qafqaza səfəri Rusiya rəhbərliyinin tapşırığı ilə baş tutub. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişə nail olmaq üçün müzakirələrin aparıldığını düşünürəm. Məncə, Rusiya XİN rəhbərinin səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına xeyir verəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir