Modern.az

İŞİD liderinin “sağ əli” İraqda saxlanıldı

İŞİD liderinin “sağ əli” İraqda saxlanıldı

Dünya

4 Dekabr 2019, 09:30

İŞİD qruplaşmasının sabiq lideri Əbu Bəkr əl-Bağdadinin qardaşı oğlu və eyni vaxtda müavini İraqda saxlanılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daha çox İbn Haldun adı ilə tanınan Hamed Şaker Sabaa əl-Bədri İraqın Kərkük şəhərində saxlanılıb.

 

Kirayə qaldığı evdə saxlanılan terrorçunun saxta sənədlə gəzdiyi də üzə çıxıb. İbn Haldun Bağdadinin məhvindən sonra ən çox axtarılan terrorçu sayılırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir