Modern.az

Xaricdəki “Azərbaycan evləri”, Qarabağ məktəbləri bir çətir altında birləşdiriləcək - Komitə sədri

Xaricdəki “Azərbaycan evləri”, Qarabağ məktəbləri bir çətir altında birləşdiriləcək - Komitə sədri

Aktual

5 Dekabr 2019, 12:46

"Diasporla İş üzrə Dövlət Komitəsinin mobil tətbiqi imkan verir ki, xüsusi kağızda müraciət yazmağa ehtiyac qalmasın".

Modern.az-ın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, bu tətbiqlə sədrə, ərazi şöbəsinə, yaxud texniki işçiyə müraciətinizi asanlıqla yazmaq mümkündür:

"Biz xaricdə olan “Azərbaycan evləri”ni, Qarabağ məktəblərini bir çətir altında birləşdirməyi hədəfləmişik. Bu barədə çox danışmaq istəmirəm. Bir dəfə belə xəbəri paylaşdıq, düşmən tərəfi informasiya təxribatlarına başladı. Ona görə bütün işlər yekunlaşandan sonra məlumat veriləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür