Modern.az

Satışa çıxarılan 199 saylı marşruta sahib olan şirkətdən CAVAB GƏLDİ

Satışa çıxarılan 199 saylı marşruta sahib olan şirkətdən CAVAB GƏLDİ

5 Dekabr 2019, 13:14

“Bakı Nəqliyyat Agentliyi 199 saylı marşrut xəttini müsabiqəyə çıxarıb, xətt bizim istismarımızdadır”.

 

Bunu Modern.az-a açıqlamasında “Xaliq Faiqoğlu” MMC-nin mətbuat xidmətinin rəhbəri Nizam  Rzayev bildirib. O qeyd edib ki, daşıyıcı şirkət olaraq müsabiqəyə çıxarılması ilə bağlı şirkətin məlumatı var.

 

“199 saylı marşurt xətti “Xaliq Faiqoğlu” MMC-nin istismarındadır. Avtobuslardakı elektron ödəniş sistemi də şirkətin öz daxili hesablarına başa gəlib. Bu marşrut xətti üzrə çatışmazlıqların olunduğu qeyd edilsə də, bütün avtobuslar təmirdən çıxıb, saz vəziyyətdədir.

 

Onu da qeyd edim ki, 199 nömrəli marşurt xətti avtobus sayına görə Bakıdakı əksər marşrut xətlərini üstələyir. Bakı Nəqliyyat Agentliyinin qərarı ilə bağlı, məsələdən xəbərimiz var”.

 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?