Modern.az

Serj Sarkisyan məhkəməyə müraciət etdi

Serj Sarkisyan məhkəməyə müraciət etdi

6 Dekabr 2019, 11:56

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan barəsində açılmış cinayət işinə etiraz bildirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun vəkilləri eks-prezidentin toxunulmazlıq hüququna malik olduğunu və 1 milyon dollar vəsaitin mənimsənilməsi faktı ilə bağlı açılmış işə xitam verilməsini tələb ediblər.

 

Vəkil Arman Makinyanın sözlərinə görə, istintaq orqanlarının qərarı qanunsuzdur və eks-prezidentin hüquqları qorunmalıdır. Buna görə, Sarkisyanın vəkilləri Ermənistan Baş prokuroruna müraciət ediblər.

 

İstintaq materiallarına əsasən, 2013-cü il yanvarın 25-dən fevralın 7-nə qədər dizel yanacağı ilə bağlı müsabiqə elan olunub. Sarqsyan tenderdə “Fleş” şirkətinə üstünlük verilməsinə göstəriş verib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi