Arxiv
6 Dekabr 2019, 17:48 | AKTUAL
Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı

Dövlət Gömrük Komitəsi (DGK) gömrük-sərhəd keçid məntəqələrində sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə “Elektron növbə” layihəsinin tətbiqinə başlayıb.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumata görə, artıq şəxsi minik avtomobili ilə xaricə səyahət edənlər gömrük-sərhəd keçid məntəqələrinin qarşısında növbə gözləmədən keçə bilərlər.

 

Komitədən bildirilib ki, “Elektron növbə” layihəsi daha rahat və sürətli keçid imkanı yaradır. Layihəyə əsasən 3 növ xidmət təklif olunur:

 

  • “Elektron növbə” (e-növbə);
  • “Sürətli keçid” (Fast Track);
  • “CİP xidmətləri”.
  •  

    Bunun üçün yalnız bir-iki dəqiqə vaxt sərf etməklə internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki “Elektron xidmətlər” bölməsindən “onlayn növbə” alt bölməsinə daxil olaraq “e-növbə” xidmətini seçirsiniz. Bu zaman açılan “Sürücü haqqında məlumat” pəncərəsindəki ilk qrafaya səyahətçinin pasport nömrəsi qeyd olunur və digər qrafalardakı məlumatlar avtomatlaşdırılmış qaydada sistem tərəfindən təmin edilir.

     

    Mobil telefon nömrəsi daxil edildikdən və təsdiq haqqında SMS alındıqdan sonra “Nəqliyyat vasitəsi haqqında məlumat” bölməsinin 2-ci qrafasında avtomobilin dövlət qeydiyyat nişanı qeyd olunur. Avtomobil haqqındakı digər məlumatlar müvafiq olaraq sistem tərəfindən təmin edildikdən sonra “Digər məlumatlar” bölməsində istifadə edəcəyiniz gömrük-sərhəd keçid məntəqəsinin adı, tarix və saat qeyd edilərək təsdiq düyməsinə basılır.

     

    Qeydiyyat uğurla başa çatdıqda istifadəçinin mobil telefonuna qeydiyyat kodu (BAR CODE) göndərilir.

     

    “E-növbə” istifadəçisi aldığı qeydiyyat koduna əsasən ölkədə mövcud olan elektron ödəniş sistem və xidmətlərindən istifadə etməklə ödəniş edir və onun mobil telefonuna təsdiq mesajı göndərilir. Seçdiyiniz vaxtda gömrük-sərhəd keçid məntəqəsinin ərazisinə yaxın yerdə gözləyin. Mobil telefonunuza “qapıya gedin” SMS-i daxil olduqdan sonra buraxılış məntəqəsinə yaxınlaşın. Məntəqənin giriş qapısında quraşdırılmış elektron tabloda avtomobilinizin nömrəsi əks olunduqda, canlı növbəyə durmadan növbədənkənar gömrük ərazisinə daxil olun.

     

    “Gömrük nəzarəti xətti”ndə növbəyə duraraq mobil telefonunuza göndərilən qeydiyyat kodunu (BAR CODE) gömrük xidməti üzrə “bir pəncərə”yə təqdim edin. Pasport  qeydiyyatı başa çatdıqdan sonra sərhəd keçidiniz təmin olunacaq.

     

    “E-növbə” xidmətindən istifadə  edən şəxslər seçdikləri vaxtdan gec gəldikləri halda isə onların qeydiyyatı ləğv olunur və canlı növbəyə durmaqla sərhəd keçidi təmin edilir.

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Ali məktəblərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı - YENİLƏNİB 24 Sentyabr 2020, 02:20 Savaş qoxusu 24 Sentyabr 2020, 00:57 ABŞ Lukaşenkonu prezidenti kimi tanımır 24 Sentyabr 2020, 00:53 Azərbaycana bu ölkədən dərman idxalı azalıb 24 Sentyabr 2020, 00:34 Bakıda kütləvi dava 24 Sentyabr 2020, 00:17 Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO 24 Sentyabr 2020, 00:01 Qəza törədən azərbaycanlı repçi həbs olundu 23 Sentyabr 2020, 23:44 Çernobılda 100 ildən sonra ayılar göründü 23 Sentyabr 2020, 23:19 Bərdədə 28 yaşlı qadın kista əməliyyatında öldü 23 Sentyabr 2020, 23:09 Nazirlik 225 sahibkarlıq subyektində pozuntular aşkarladı 23 Sentyabr 2020, 22:52 Ərdoğan NATO ilə  müzakirələr aparır 23 Sentyabr 2020, 22:35 Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı 23 Sentyabr 2020, 22:21 Rusiyada deputat koronavirusdan öldü 23 Sentyabr 2020, 22:08 Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini ötdü 23 Sentyabr 2020, 21:57 “Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO 23 Sentyabr 2020, 21:40 İcra başçısının müavini işdən çıxarıldı 23 Sentyabr 2020, 21:26 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 23 Sentyabr 2020, 21:15 Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52