Arxiv
6 Dekabr 2019, 18:40 | AKTUAL
Hesablama Palatasının Təlim Mərkəzi açılıb

Hesablama Palatasının Təlim Mərkəzinin açılışına həsr olunmuş toplantı keçirilib. 

 

Modern.az bu barədə quruma istinadən xəbər verir. 

 

Məlumata görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantını açaraq öncə qurumun yaranmasının 18 illiyi münasibəti ilə tədbir iştirakçılarını və Palatanın kollektivini təbrik edib, 7 dekabr 2001-ci ildə fəaliyyətə başlamış Hesablama Palatasının yaranmasının ölkə konstitusiyasının 92-ci maddəsində təsbit olunduğunu xatırladıb.

 

"Hesablama Palatası haqqında" ötən il qəbul olunmuş yeni qanunun 36-cı maddəsinə əsasən, Hesablama Palatasının nəzdində yaradılan Təlim Mərkəzinin məqsədinin yeni təyin edilmiş və Hesablama Palatasında çalışan işçilərin bilik və bacarıqlarının, peşə hazırlıqlarının artırılması, kadr potensialının yüksəldilməsi, ali audit orqanlarının beynəlxalq standartlarının və qabaqcıl təcrübələrin öyrənilməsi işinin təşkil edilməsi olduğunu bildirən sədr qeyd edib ki, Mərkəzin əsas vəzifələrindən biri də təlimlər yolu ilə biliyin daim təkmilləşdirilməsi, eyni zamanda yeni biliklərin mənimsənilməsinə nail olmaqdır.

 

V.Gülməmmədov Təlim Mərkəzinin yaradılması zərurətindən və Palatanın funksional fəaliyyəti üçün əhəmiyyətindən danışıb. Mərkəzin ilk vaxtlarda işə yeni qəbul edilmiş və Hesablama Palatasında çalışan işçilərin öyrədilməsi ilə yanaşı özünün də öyrənməsinin vacibliyini bildirib.

 

Hesablama Palatasının Təlim Mərkəzinin baş məsləhətçisi Ramal Əzizov Mərkəzdə təlim üçün yaradılan şəraitə görə rəhbərliyə minnətdarlıq etdi, görülən işlər barədə məlumat verib.

 

R.Əzizov Təlim Mərkəzində ilk vəzifə kimi Hesablama Palatası əməkdaşlarının təlim ehtiyaclarının araşdırıldığını, bu ehtiyaclar nəzərə alınmaqla Hesablama Palatasının Təlim Mərkəzinin 2020-ci il üçün illik iş planının layihəsinin hazırlandığını, Palata rəhbərliyinin tapşırığına uyğun olaraq İnzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə bağlı Hesablama Palatasında çalışan işçilərin bilik, bacarıqlarının və hazırlıqlarının daha da təkmilləşdirilməsi məqsədilə ümumilkdə 75 əməkdaşın iştirak etdiyi 4 təlim təşkil edildiyini, Mərkəzdə “Dövlət qulluğu haqqında qanun-dövlət qulluğunun ilkin əsası” mövzusunda təlim keçirildiyini, Hesablama Palatası əməkdaşlarının xarici dil bilik səviyyəsinin artırılması məqsədilə hər biri 10 nəfərdən ibarət olmaqla, ümumilikdə 20 nəfər əməkdaşın - ilkin başlayanlar və baza biliklərə malik olanlar - 2 qrup üçün təlimlər keçirildiyini bildirib.

 

R.Əzizov Maliyyə uçotu (F3) proqramı üzrə təlimlərin 4 ay müddətində davam etməsinin planlaşdırıldığını, daha sonra F7 (Maliyyə Hesabatları) və Diploma in International Financial Reporting (DipIFR) beynəlxalq maliyyə və mühasibat uçotu ilə bağlı diplomun verilməsi ilə nəticələnəcək təlimlərin keçirilməsi, həmçinin CFA-Chartered Financial Analyst (maliyyə analizi və investisiya sahəsi) üzrə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu, bu təlimlərin hər birinin ingilis dilində tədris olunduğunu, ona görə də ingilis dili üzrə təlimlərinin davamlı olmasının zəruriliyini vurğulayıb.

 

R.Əzizov Hesablama Palatası işçilərinin beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli biliklərə sahib olmasını təmin etmək məqsədilə bu təlimlərin təşkil olunması üçün məqsədyönlü addımların atılmasının planlaşdırıldığını qeyd etdi və Hesablama Palatasının Təlim Mərkəzinin 2020-ci il üçün illik iş planı layihəsini təqdim edib.

 

V.Gülməmmədov Palatada xeyli sayda normativ metodiki sənədlərin hazırlanıb təsdiq edildiyini, bununla belə funksional fəaliyyət üçün zəruri yeni metodiki sənədlərin tərtib edilməsi üçün təkliflər verilməsini, təlimlərdə intizam və davamiyyətə xüsusi diqqət yetirilməsini, Palatada əldə edilmiş nailiyyətlərdən daha çox çatışmazlıqları üzə çıxarıb təlimlərdə üzərində işləməyi tövsiyyə edib, Palatanın struktur bölmələrinə Təlim Mərkəzinin işinə dəstək olmağı tapşırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 "Tələsmədən işləməliyik" 19 Yanvar 2020, 23:57 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07
SORĞU Yeni parlamentdə kimlər olsun?