Modern.az

“Qarabağ” xal itirdi

“Qarabağ” xal itirdi

Aktual

6 Dekabr 2019, 20:51

Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Modern.az  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la “Keşlə”  üz-üzə gəlib. Məhsuldar keçən görüşdə 4 qol vurulub.

Matçın gedişində iki dəfə hesabda önə keçən Qurban Qurbanovun yetirmələri üstünlüyünü qoruya bilməyiblər – 2:2. Bununla da bakılılar liderlə 8 xallıq fərqi azaltmaq imkanından yararlanmayıblar.

Qeyd edək ki, turun digər matçları dekabrın 8-də keçiriləcək. “Sabah” “Neftçi”ni, “Zirə” “Səbail”i, “Sumqayıt” “Qəbələ”ni qonaq edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır