Modern.az

\"Sədərək\" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub

\

8 Dekabr 2019, 13:34

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, "Sədərək" Ticarət Mərkəzi ərazisində sərnişin avtobusu və minik avtomobili toqquşub.

 

Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Xırdalan-“Binə” Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 saylı, “01 BS 245” dövlət nömrə nişanlı avtobusla “90 NK 538” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinin durumu ağırdır. Qəzada xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir