Modern.az

Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi

Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi

Aktual

8 Dekabr 2019, 20:01

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.

Qeyd edilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır