Arxiv
10 Dekabr 2019, 10:47 | AKTUAL
Subsidiya almaq istəyən fermerlərə xəbər var

"Subsidiyaların ilin əvvəlində verilməsi aqrar sektorun inkişafını stimullaşdıracaq. İndiyədək kağız sənəd dövriyyəsi ilə əlaqədar subsidiyaların verilməsi sentyabr-oktyabr aylarına təsadüf edirdi. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqindən sonra yeni maliyyə ili başlayan kimi əkin subsidiyasının vəsaitləri payızlıq əkinləri bəyan etmiş fermerlərin "Fermer kartı"na köçürüləcək. Bununla da təsərrüfat ili öncəsi fermerin vəsaiti olacaq ki, aqrotexniki tədbirləri həyata keçirsin".

Modern.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tovuz və Şəmkir rayonlarında Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi prosesinə həsr olunmuş görüşlərdə deyib.

Nazir müavini bildirib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində payızlıq əkinlərin bəyan edilməsi prosesi sürətlənib: "Fermerlərin EKTİS sisteminə sürətli adaptasiya olunması bizləri sevindirir. Mən fermerlərimizi daha aktiv olmağa, payızda hansı məhsulu əkdiklərini bəyan etməyə çağırıram".

Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökumətin tətbiq edilməsi şöbəsinin müdiri Asif İsmayılov bildirib ki, fermerlərin EKTİS-də qeydiyyatı və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) və "ASAN xidmət" mərkəzlərində xidmət pəncərələri yaradılıb: "Eyni zamanda, DAİM-lərin nəzdində fermerlərə səyyar xidmət göstərmək üçün mobil qruplar yaratmışıq. Səyyar qruplarımız bütün rayonlarda kəndlərə gedərək fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Əgər qeydiyyat və bəyanla bağlı hər hansı sual yaranarsa, fermerlərimiz Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər. Operatorlarımız onların suallarını dolğun şəkildə cavablandıracaqlar".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının üzvləri EKTİS-in tətbiqi ilə əlaqədar bölgələrdə yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları ilə görüşlər keçirir, fermerlər üçün maarifləndirmə sessiyaları təşkil edirlər. Noyabrın 29-dan başlayaraq 25 rayonda belə görüşlər keçirilib. Bu gün isə Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Tərtər və Ağdam rayonlarında analoji görüşlərin keçirilməsi nəzərdə tutulur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvünün saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17 Kamran Bayramovun seçiciləri ilə səmimi görüşləri - Fotolar 27 Yanvar 2020, 18:14 Rektor kafedra müdirini CƏZALANDIRDI 27 Yanvar 2020, 18:06 Əflatun Amaşova ağır itki üz verdi 27 Yanvar 2020, 18:00 Musa Qasımlı Yardımlıda görüşlərini davam etdirir - FOTOLAR 27 Yanvar 2020, 17:59 MSK qalmaqallı dairəyə yeni sədr təyin etdi 27 Yanvar 2020, 17:57 Mərkəzi Bankda yeni baş direktor təyin olunub - DOSYE 27 Yanvar 2020, 17:51 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 27 Yanvar 2020, 17:44 Prezidentdən Sumqayıtla bağlı mühüm SƏRƏNCAM 27 Yanvar 2020, 17:42 BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb 27 Yanvar 2020, 17:36 Dövlət Agentliyi sahibkarlara müraciət edib 27 Yanvar 2020, 17:30 Könül Nurullayeva seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR - VİDEO 27 Yanvar 2020, 17:24 Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir 27 Yanvar 2020, 17:18 Yaşlılar emosional intellektin inkişafı üzrə məşğələlərə cəlb edildi 27 Yanvar 2020, 17:12 BDU-da kadr dəyişikliyi - İki prorektor, bir dekan işdən ÇIXARILDI   27 Yanvar 2020, 17:06 Siyasi partiyalar Məzahir Pənahovun müraciətinə əməl etməyib 27 Yanvar 2020, 17:00 Sınaq imtahanına qeydiyyat başladı 27 Yanvar 2020, 16:54 Kamal Abdullanın romanı müzakirə olunacaq 27 Yanvar 2020, 16:48 Parlament seçkilərində bir yerə 11 nəfər namizəd mübarizə aparır 27 Yanvar 2020, 16:42 Dünyanın ən zəngin azərbaycanlısı 5 günə 400 milyon dollar İTİRDİ 27 Yanvar 2020, 16:36 Cavanşir Paşazadənin seçiciləri ilə izdihamlı görüşü - Fotolar 27 Yanvar 2020, 16:30 İndiki məktəbli formalarının aqibəti necə olacaq? - BTE-dən AÇIQLAMA 27 Yanvar 2020, 16:30 Uyğurlar təhlükədə: “Əgər bu virus düşərgəyə yayılsa, əsir saxlanılan türküstanlıların hamısı öləcək” 27 Yanvar 2020, 16:24 Ombudsmanın əməkdaşları AXCP fəalı ilə görüşüb 27 Yanvar 2020, 16:18 Exit-poll keçirmək istəyən təşkilatların adları AÇIQLANDI 27 Yanvar 2020, 16:12 Bir gündə 36 cinayətkar saxlanıldı  27 Yanvar 2020, 16:05 “İrəli” gəncləri  Trabzonda mübadilə proqramında iştirak edir - FOTOLAR 27 Yanvar 2020, 16:00 Vətənpərvərliyin təbliğatı ilə bağlı yeni layihə 27 Yanvar 2020, 15:54 Türkiyədə zəlzələdə ölənlərin sayı 40-a çatdı 27 Yanvar 2020, 15:48 “Ölkə başçısı hamıda dərin seçki inamı yaradıb”- Namizəd Rahib İbrahimov 27 Yanvar 2020, 15:42 Azərbaycan bu ölkələrdən quş ətinin idxalına qadağa qoydu - RƏSMİ 27 Yanvar 2020, 15:36
SORĞU Yeni parlamentdə kimlər olsun?