Modern.az

Çempionlar Liqasının ən gənc qol müəllifi: “Stadiondakı səssizlikdən təəccübləndim”

Çempionlar Liqasının ən gənc qol müəllifi: “Stadiondakı səssizlikdən təəccübləndim”

Aktual

11 Dekabr 2019, 10:59

“Hər zaman demişəm ki, burada olmaq mənim arzum idi. Qol vurduğuma görə şadam. Hər şey çox sürətlə gedir və mən hər gün ən yaxşılardan öyrənməyə davam edirəm”.

 

Modern.az xəbər verir ki, bu sözləri “İnter” – “Barselona” matçında vurduğu qolla UEFA Çempionlar Liqası tarixinə ən gənc (17 yaş 40 gün) qol müəllifi kimi adını yazdıran katalonların hücumçusu Ansu Fati bildirib.

 
“Topu Suarezə ötürdüm, o da mənə qaytardı. Qol vurandan sonra stadionda səssizlik var idi deyə, təəccübləndim. Buna görə düşündüm: Mən az öncə nə etdim?

Bu turnirdə qol vuran ən gənc oyunçu olmağım sevindiricidir, lakin dəyişən bir şey yoxdur. Bundan sonra da məşq etməyə, mənə verilən imkanlardan yararlanmağa çalışacam. Bunu qol vuraraq etsəm, daha yaxşı. Olmasa, öyrənmək üçün əlimdən gələni edəcəm”, - deyə “Barselona”nın gənc oyunçusu bildirib.

 

Xatırladaq ki, ötən gecə UEFA Çempionlar Liqasının F qrupunda  İspaniyanın “Barselona” klubu səfərdə İtaliyanın “İnter” klubunun qonağı olub. Matçda ilk qolu “Barsa”nın futbolçusu Karles Perez vurub. İlk hissənin sonunda Romelu Lukaku italyanların bərabərlik qoluna imza atıb. Matçın 85-ci dəqiqəsində K.Perezi əvəzləyən Ansu Fati 1 dəqiqə sonra fərqlənərək “Barselona”nın qələbə qolunu vurub.  

Bununla "Barselona" 2-1 hesabı ilə qələbə qazanaraq qrup mərhələsini 14 xalla başa vurub.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!