Arxiv
11 Dekabr 2019, 13:49 | AKTUAL
“Ölkəmizdə rusdilli məktəblərin olmasının əleyhinə deyiləm, amma…” - Şahlar Əsgərov

Dil dünya haqqında təsəvvür yaradan təbii intelektual bir sistemdir. Hər bir dil ayrılıqda dünyanı görmək və anlamaq üçün bir vasitədir. Ancaq elə dillər var ki, dünya ölkələri üzrə beynəlxalq dil statusunu qazanıb. Bu dillərin içərisində rus dilini də qeyd etmək olar ki, bu dilə maraq göstərənlərin sayı az deyil.

Bəs hazırda MDB məkanında hansı ölkələrdə rusdilli məktəblər mövcuddur?

 

Məsələ ilə bağlı keçmiş deputat, professor Şahlar Əsgərov Modern.az-a danışıb:

 

“Əslində bu suala cavab verməkdə bir az çətinlik çəkirəm. Hər respublika müstəqillik əldə edəndən sonra, çalışır ki,  milli təhsili ilə öz məktəblərini qursun. Ona görə də birində az, birində çox ola bilər. Hesab edirəm ki, rus dili MDB məkanında öyrəniləsi və lazımlı bir dildir. Hətta deyərdim ki, ingilis dili ilə bərabər tutulur. Biz ingilis dilinə nə qədər fikir veririksə, düşünürəm ki, rus dilinə də dünyada o qədər önəm verilir. Ən azından bu dil beynəlxalq dillərdən biri hesab olunur. Məsələn, biz rus dili ilə də öz sevincimizi və kədərimizi dünya ölkələri ilə bölüşə bilirik”.

 

Sabiq deputat Azərbaycanda rusdilli məktəblərin sayının kifayət qədər olduğunu vurğulayıb:

 

“Konkret olaraq nə qədərdi, onu deyə bilməyəcəm. Ancaq bu dilə ölkəmizdə kifayət qədər marağın olduğunu görürəm. Mən həmişə çıxışlarımda da söyləmişəm ki, ölkəmizdə rusdilli məktəblərin olmasının əleyhinə deyiləm. Amma ibtidai sinflərə qədər rus dilinin keçirilməsinin əleyhinəyəm. İstərdim ki, dərslər ibtidai siniflərə öz ana  dilimizdə tədris olunsun. Çünki ibtidai siniflər öz ana dilimizdə olanda, şagirdlər böyüdükcə də bu dili daha yaxşı mənimsəyir və sevirlər. Ən azından şəhərini, tarixi qəhrəmanlarını, nağıllarını tanımış olurlar. Artıq ibtidai sinifdən sonra, hansı dildə oxuyur-oxusun fərqi yoxdur. Əlavə dil bilməyin nəyi pisdir ki? Nə qədər dil bilirlər qoy bilsinlər, lap çin dili bilsinlər. Ancaq ilk növbədə öz dilimizi bilsinlər. Çünki həmin vaxtlarda şagirdlərin beyni ağ kağız kimi olur. Belə olan təqdirdə bütün fikir və istək həmin dilə istiqamətlənmiş olur”.

 

Şahlar Əsgərov “MDB məkanında hansı ölkələrdə rusdilli məktəblər var?” sualına belə cavab verib:

 

“Mən Təhsil Nazirliyinin məmuru deyiləm ki, ölkələri gəzim konkret deyim ki, filan ölkədə rusdilli məktəblər var. Mən də elə sizin kimi, nələrisə mətbuatdan öyrənirəm. Mən indi bilmirəm ki, Özbəkistanda vəziyyət necədir. Məsələn, Qazaxıstan Sovet dövründə rus dilinə çox fikir verərdi. İndi bilmirəm ki, yenə də bu dilə fikir verir, ya yox. Amma inanmıram o qədər fikir versinlər. Çünki onlar öz milli məktəblərini qurmağa daha çox maraqlıdırlar. Onların çox yaxşı təhsil sistemi var. Mən özüm parlamentdə olanda da, həmişə bu ölkənin təhsil sistemini tərifləyirdim”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə kriminal avtoritet saxlanıldı - VİDEO 22 Yanvar 2020, 23:09 Bu ölkədə bir ildə 34 min insan öldürüldü 22 Yanvar 2020, 22:33 Jalə Əliyeva Zərdab seçiciləri ilə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:16 “Hazırda ən vacib olan məsələ regional sabitlikdir” - İlham Əliyev 22 Yanvar 2020, 21:59 Bakıya ilk qar yağacaq 22 Yanvar 2020, 21:46 Şəkidə iki gənc qız dəm qazından zəhərləndi 22 Yanvar 2020, 21:32  “Bizə ən azından ildə 100 min iş yeri lazımdır” - İlham Əliyev 22 Yanvar 2020, 21:19 "Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18 Azərbaycan sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur 22 Yanvar 2020, 20:06 Goranboyda 2 avtomobil toqquşdu - FOTO 22 Yanvar 2020, 19:53 İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü 22 Yanvar 2020, 19:35 İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO 22 Yanvar 2020, 19:30 Naftalanın icra başçısı səyyar qəbul keçirib 22 Yanvar 2020, 19:21 Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb 22 Yanvar 2020, 19:15 DİN işçi axtarır - boyu 180 santimetrdən hündür, idman cüssəli... 22 Yanvar 2020, 19:09 Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI 22 Yanvar 2020, 18:49 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 22 Yanvar 2020, 18:40 Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?” 22 Yanvar 2020, 18:33 Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO 22 Yanvar 2020, 18:25 İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər - FOTO 22 Yanvar 2020, 18:18 Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ 22 Yanvar 2020, 18:10 Fəzail Ağamalının parlamentdəki çıxışlarından fraqmentlər - VİDEO 22 Yanvar 2020, 18:03 Deputatlığa namizədlərin sayı 1479 oldu 22 Yanvar 2020, 18:00 Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO   22 Yanvar 2020, 17:54 Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR 22 Yanvar 2020, 17:48 Rauf Əliyev seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 17:42 İcra Hakimiyyəti “Bu şəhərdə”yə konsert keçirməyə icazə vermədi 22 Yanvar 2020, 17:36 Azərbaycan və Monqolustan prezidentləri görüşüblər 22 Yanvar 2020, 17:30 İlham Əliyev Polşa prezidenti ilə görüşüb 22 Yanvar 2020, 17:23 Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: “9 milyon manatlıq elektron sistem niyə işləmir?” 22 Yanvar 2020, 17:16 Vilayət Eyvazov kollegiya iclası keçirdi - “Qarşıda çox mühüm vəzifələr durur” 22 Yanvar 2020, 17:09 Yeni məktəbli formalarının təsvirləri təqdim OLUNDU 22 Yanvar 2020, 17:02
SORĞU Yeni parlamentdə kimlər olsun?