Arxiv
11 Dekabr 2019, 16:49 | HADİSƏ
Ticarət mərkəzləri niyə YANIR? – “Diglas”, “Sədərək”, “Binə”, “EuroHome”…

Bir neçə ay öncə Nizami rayonu ərazisində "Diglas" ticarət mərkəzində, ötən gün isə Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğın insanı düşündürməyə bilmir.

 

Bu cür böyük ticarət mərkəzlərində yanğının baş verməsində əsas səbəblər nədir? Bədbəxt hadisənin qarşısını almaq mümkündürmü?

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev ticarət mərkəzlərində baş verən yanğınlara səbəb kimi sahibkarların etinasızlığını əsas göstərir. Onun sözlərinə görə, bazarda obyekt götürüb çalışan sahibkarların  bəzən axşam işdən gedəndə elektrik çaydanını, qaz sobasını, yaxud da digər elektrik avadanlığını yanılı qoyub getməsi sonradan bədbəxt hadisə ilə nəticələnir:

 

“Ticarət mərkəzlərində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı prezident İlham Əliyev Nizami rayonundakı ticarət mərkəzində baş verən güclü yanğınla bağlı keçirdiyi müşavirədə qeyd etmişdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Ona görə də ticarət mərkəzlərini çalışdıran şəxslər bu işə ciddi yanaşmalıdırlar.

Ticarət, alış-veriş mərkəzləri, əsas da tikinti materialları satan bazarlar bütün zəruri olan yanğın təhlükəsizliyi norma və standartlarına riayət etməli, bazara gələn müştərilərdən də yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrini tələb etməli və orada çalışan icarədarların da yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsini bazar administrasiyası tərəfindən tələb etmək lazımdır. Bazarda dükan götürüb çalışan sahibkar bəzən axşam gedəndə elektrik çaydanı, qaz sobasını,  yaxud digər elektrik avadanlığını yanılı qoyub gedir. Bu da yanğın təhlükəsini qaçınılmaz edir. Baş verən yanğınların səbəbinin demək olar ki çoxu elektrik qısaqapanmasından baş verən yanğınlardır. Bazarlar, ticarət mərkəzləri elektrik təhlükəsizliyinə ciddi yanaşmalıdır. Bazarın içərisində icarəyə verdikləri dükanda bir, yaxud iki elektirik paylayıcı olmasına baxmayaraq dükan özü əlavə elektirik paylayıcı birləşdirərək elektrik cihazları, avadanlıqları qoşub istifadə edir. Bu da elektrik xətlərinin yüklənməsinə, xətlərin qızmasına və sonda alışmaya səbəb olur”.

 

E.Nuriyev böyük ticarət mərkəzlərində, bazarlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin olmasının vacibliyini vurğulayıb:

 

“Onlar obyektdə yanğın təhlükəsizliyinin pozulması hallarına qarşı lazımi olan bütün tədbirləri görərək mübarizə aparmalı, nöqsanlar, nasazlıqlar və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verərək aradan qaldırılmasını təmin etməlidir. Daha sonra yanğınsöndürmə vasitələrinin, yanğın dolablarının, yanğın şitlərinin, yanğın siqnalizasiya vasitələrinin, hidrantların, ehtiyyat yanğın su çəninin işlək və saz vəziyyətdə olmasına nəzarət etməli, nazaslıq varsa vaxtında aradan qaldırmalıdır. Qeyd etmək istəyirəm ki, ticarət mərkəzlərində, bazarlarda  könüllü yanğınsöndürmə qrupları fəaliyyət göstərməlidir. Onlar bazarın işçilərindən ibarət olur və müvafiq qrumlar tərəfindən xüsusi kurs keçdikdən sonra fəaliyyətə başlayırlar. Onların işi yanğın baş verərsə, yanğınsöndürmə əməkdaşları gələnə qədər vəziyyəti nəzarətdə saxlayır, insanların təhlükəsiz təxliyyə edilməsini təşkil edir, əmlakın çıxarılması, vəziyyətə görə ilkin yanğınsöndürmə vasitələrindən istifadə edib yanğının söndürülməsinə və yanğınsöndürmə əməkdaşları gələndə onlara ilkin vəziyyət haqqında məlumat verir. Bu könüllü yanğınsöndürmə qrupunda olan şəxslər isə həmin bazarın, yaxud ticarət mərkəzinin işçilərindən olurlar. Hətta onlarda motivasiya yaratmaq üçün maaşlarını digər işçilərdən 3-5 faiz artıq verməklə də üzərlərinə düşən məsuliyyəti izah etmək olar. Baxın, bir fövqəladə hadisə zamanı görün bu könüllü  yanğınsöndürmə qrupları nə qədər iş görə, insanları təhlükəsiz təxliyyə edə, əmlakı yanğından qoruya bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq 17 Yanvar 2020, 16:43 Beynəlxalq müşahidəçilərin sayı artır 17 Yanvar 2020, 16:32 Nazir Kamran Əliyevi əvvəlki işinə qaytardı - Rüfət Quliyevə isə yüksək vəzifə verildi 17 Yanvar 2020, 16:26 ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM 17 Yanvar 2020, 16:20 UNEC-də 20 Yanvar şəhidləri anıldı 17 Yanvar 2020, 16:14 Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır 17 Yanvar 2020, 16:07 Çingiz Qənizadə görüşlərini davam etdirir - Fotolar 17 Yanvar 2020, 16:03 Məktəbi daha tez bitirmək istəyən 16 şagird imtahan verdi 17 Yanvar 2020, 16:02 BMU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub 17 Yanvar 2020, 15:56 Rövzət Qasımovdan deputatlığa namizədlərə MÜRACİƏT 17 Yanvar 2020, 15:50 Hansı kafe-restoranlarda yemək yeyək? - Diqqətli olun! 17 Yanvar 2020, 15:45 “Nar” 4,5 G baza stansiyalarının sayını 60% artırıb 17 Yanvar 2020, 15:38 Ermənistanda daha bir eks-nazir müəmmalı şəkildə ÖLDÜ 17 Yanvar 2020, 15:32 MSK DSK-nın qərarını ləğv edib 17 Yanvar 2020, 15:26 İdarə rəisi: “Bakıda 57 cinayətkar qrup ifşa olunub” 17 Yanvar 2020, 15:20 Ceyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Fotolar 17 Yanvar 2020, 15:13 Yeni və sabiq baş nazirlər təkbətək görüş keçirdilər 17 Yanvar 2020, 15:07 Ülvi Quliyev təbliğat və təşviqat kampaniyasına start verdi - FOTOLAR 17 Yanvar 2020, 15:04 Lənkəranın Osakücə kəndində səyyar qəbul keçirilib - FOTO 17 Yanvar 2020, 15:01 Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ 17 Yanvar 2020, 14:56 Xaricdəki Azərbaycan evlərinin sayı artır 17 Yanvar 2020, 14:50 Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşları qəbul ediblər - FOTO 17 Yanvar 2020, 14:45 MSK jurnalistin namizədliyini qeydə almaqdan İMTİNA ETDİ 17 Yanvar 2020, 14:40 Dönər satışına nəzarət edəcək qurum YARADILIR 17 Yanvar 2020, 14:33 YAP Daşkəsən rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib 17 Yanvar 2020, 14:30 Bakıda bəzi avtobusların marşrut xətti dəyişdirilir - SİYAHI 17 Yanvar 2020, 14:26 Baş nazir və spikeri güllələyən şəxs Paşinyana YAZDI 17 Yanvar 2020, 14:20 Zakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdi 17 Yanvar 2020, 14:14 Gürcüstanda Azərbaycan vətəndaşı həbs olundu 17 Yanvar 2020, 14:09 YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ 17 Yanvar 2020, 14:03 Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər SAXLANILDI 17 Yanvar 2020, 13:57 Hüseynbala Mirələmov: “2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var” 17 Yanvar 2020, 13:51 Müzakirədən keçmiş dissertasiyalar geri qaytarılıb: ELM ADAMLARINDAN ETİRAZ 17 Yanvar 2020, 13:45 Rusiyanın yeni baş naziri əslən bu erməni kəndindəndir 17 Yanvar 2020, 13:42 Metroda işıqlar sönməyəcək 17 Yanvar 2020, 13:40
SORĞU Yeni parlamentdə kimlər olsun?