Arxiv
14 Dekabr 2019, 00:03 | AKTUAL
Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında - FOTO

Britaniya Şurası (British Council) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “Study UK Alumni Awards 2019”un qaliblərinin adlarını açıqlayıb.

Modern.az  xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Qaliblər üç nominasiya (Peşəkar nailiyyət; Sahibkarlıq mükafatı; Sosial təsir mükafatı) üzrə iş adamı, sahibkar və ictimai xadim kimi əldə etdikləri mühüm nailiyyətlər, eləcə də Böyük Britaniya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın gücləndirilməsinə verdikləri mühüm töhfələr nəzərə alınmaqla "şort-list"ə düşən 10 namizəd arasından seçilib.

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tədbirdə çıxış edərək deyib ki, “Study UK” məzun mükafatlarının finalçılarını seçmək çox çətin idi. “Azərbaycanda Böyük Britaniyada təhsil almış və əldə etdikləri bilik və bacarıqlardan ölkələrinin inkişafını dəstəkləmək üçün istifadə edən bir çox istedadlı insan var. Onların hamısını alqışlayır və hər birinə böyük uğurlar arzulayıram”, - deyə o qeyd edib.

"British Council" təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah çıxışında bildirib ki, bu ilin finalçıları yalnız Britaniya məzunlarının müxtəlifliyinin və onların göstərdikləri səylərin deyil, həm də Birləşmiş Krallığın təhsil sisteminin dünyanı dəyişən gücünün dəlilidir.

Təhsil naziri Ceyhun Bayramov bildirib k, azərbaycanlı tələbələrin dünyanın ən yüksək səviyyəli təhsil müəssisələrində təhsil almaları qürurvericidir. Bu, Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin daha da inkişafına töhfə verir. Bu gün Azərbaycanda təhsilə böyük dövlət qayğısı var. Bu qayğıdan yararlanan gənclərimiz gələcəkdə ölkəmizin daha da inkişafına öz töhfələrini verəcəklər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə gənclərimizin dünyanın ən qabaqcıl ölkələrinin ali təhsil müəssisələrində təhsil almalarının sevindirici olduğunu deyib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qalibləri təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Bu nüfuzlu beynəlxalq mükafat Britaniyanın ali təhsil imkanlarını və ölkənin bütün dünyadakı məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. Təqdim edildiyi beşinci ildə bu mükafatı əldə etmək üçün 100-dən çox ölkədən olan və Birləşmiş Krallığın 120-dən artıq ali təhsil müəssisəsini təmsil edən 1200-dən çox Britaniya məzununun ərizəsi daxil olub.

"Study UK Alumni Awards"un hər kateqoriya üzrə qalibi 3000 funt sterlinq (6700 manat) məbləğində mükafat əldə edəcək. Onlar bu vəsaiti öz seçimləri əsasında peşəkar inkişaf imkanlarına sərf edəcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmənin avtomobil texnikası sərrast atəşlə məhv edilib - VİDEO 16 İyul 2020, 22:11 Azərbaycanda yeni siyasi partiya yaradıldı 16 İyul 2020, 22:01 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 16 İyul 2020, 21:45 “Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur” - Azay Quliyev 16 İyul 2020, 21:31 159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb 16 İyul 2020, 21:18 Düşmənə məxsus kazarma məhv edildi - VİDEO 16 İyul 2020, 21:06 Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17