Arxiv
14 Dekabr 2019, 20:19 | AKTUAL
Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO

Bu gün  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən  “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Modern.az xəbər verir ki, konfransda giriş nitqi söyləyən Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində quruculuq dövrünü yaşayan müstəqil Azərbaycanın bütün sahələrində olduğu kimi, elm, təhsil və səhiyyə sektorunda da mühüm inkişaf, yüksək nailiyyətlər əldə edilib. Səhiyyənin vacib istiqamətlərindən olan kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrində də məhz ümummili liderin diqqət və qayğısı sayəsində məqsədyönlü şəkildə uğurlara nail olunub.  

Prezident İlham Əliyevin və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın səhiyyə sisteminin inkişafına göstərdikləri davamlı dəstək nəticəsində anadangəlmə ürək qüsurlarının müalicəsinin təşkilində rolu olan prenatal diaqnostika, neonatologiya, pediatriya və uşaq kardiologiyasının da dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əhəmiyyətli uğurlara imza atıldığını vurğulayan C. Məmmədov  konfrans zamanı aparılacaq müzakirələrin Azərbaycan tibbi üçün çox gərəkli olacağını vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda da beynəlxalq mütəxəsisslərlə təcrübə mübadiləsi aparmaq, tibb elminin ən son yeniliklərini müzakirə etmək  baxımından bu tədbir Azərbaycanda anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsinin davamlı inkişafına  töhfə kimi dəyərləndirilib.


K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitunun direktoru Nəsib Quliyev, Türkiyə Ürək və Sağlamlıq Fondunun prezidenti, professor Öztekin Oto da konfransın işinə uğurlar arzulayıblar.
Konfransın sədri, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov qeyd edib ki, bu cür elmi-praktik konfransların keçirilməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbirdə anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunur.
Dörd paneldən ibarət olan konfransda yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləri də  “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxış ediblər. Beynəlxalq tədbirdə interaktiv diskussiyalar da aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13