Modern.az

\"Diaspor fəaliyyətində xidmətə görə” medal belə olacaq - FOTO

\

29 Dekabr 2019, 08:50

Maddə 1. Medalın ümumi təsviri

 

"Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Səkkizguşəli ulduzun üzərində konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhə üfüqi istiqamətdə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun mina ilə örtülmüşdür.

 

2.2. Dairənin mərkəzində mina üzərində yer kürəsini əks etdirən meridian və paralellər təsvir olunmuşdur. Yer kürəsinin aşağı hissəsində dəfnə budağı həkk edilmişdir. Bütün elementlər relyefli olaraq qabarıqdır.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfi hamar səthlidir.

 

3.2. Medalın arxa tərəfinin mərkəzində "DİASPOR FƏALİYYƏTİNDƏ XİDMƏTƏ GÖRƏ” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur. Yazılar relyefli olaraq qabarıqdır.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üzərinə 30 mmx13 mm ölçülü xara lent çəkilmiş beşbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

 

4.2. Qızılı rəngli xara lentin mərkəzində 7 mm enində tünd qırmızı rəngli zolaq, mərkəzdən sol və sağ tərəflərə doğru mərkəzi qırmızı zolaqdan 1,5 mm aralı, hər birinin eni 2 mm olan iki tünd qırmızı rəngli zolaq təsvir edilmişdir. Beşbucaqlı lövhənin aşağı hissəsində qabarıq şəkildə aypara və səkkizguşəli ulduz həkk olunmuşdur.

4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 30 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir