Arxiv
30 Dekabr 2019, 10:45 | İQTİSADİYYAT
Evlər məcburi sığortaya cəlb olunur? – “Bu məsələdə ictimai rəyi də nəzərə almalıyıq”

Azərbaycanda 2020-ci il yanvar ayının 1-dən daşınmaz əmlakın icbari sığortaya cəlb olunacağı barədə məlumatlar var. Bildirilir ki, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbari olacaq. Bu o deməkdir ki, daşınmaz əmlak sahibləri onu məcburi sığorta etməli və Bakı şəhərində ildə ən azı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində bu məqsədlə 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat ödəməlidirlər. Əmlakını sığorta etdirməyənlər isə cərimələnəcək.

 

Bəs görəsən, daşınmaz əmlakın, xüsusilə yaşayış sahələrinin, evlərin icbari, yəni məcburi  sığortaya cəlb edilməsi nə dərəcədə düzgündür? Bu məsələlər könüllülük prinsipi ilə həyata keçirlməli deyilmi?

 

Bununla bağlı beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında sığorta probleminin hələ də olduğunu və öz həllini tapmadığını bildirib:

 

“Biz nə qədər qanun qəbul etsək də, sığorta bazarını ciddi şəkildə genişləndirə bilmirik. Bu məsələdə suğorta şirkətlərində müəyyən problemlərin olduğu nəzərə çarpır. Ona görə ki, təbliğat və reklamı az edirlər. Biz icbari sığorta ilə bağlı daşınmaz əmlakın icbari sığortası haqqında qanun qəbul etmişik və bu qanun var. Ancaq qanunun icrasında müəyyən problemlər özünü göstərir. Bu qanun da 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək və əhalidən o vəsait alınmağa başlayacaq. Bilirsiniz son vaxtlarda baş verən hadisələr göstərir ki, sığorta olunmayan binalar və obyektlərdə hər hansı bir hadisə baş verirsə, dövlət məcburdur ki, həmin sığortanı ödəsin. Məsələn, 8-ci kilometr ərazisində bir obyekt yandı və ölkə başçısı məcbur oldu ki, dövlətin büdcəsindən vəsait ayırsın. Bu kimi problemləri nəzərə alsaq görərik ki, icbari sığorta haqqında qanun layihəsi vacibdir. Mən hesab edirəm ki, bunun üzərində işləməyə dəyər”.

 

Deputat dünya ölkələrində olduğu kimi, Azərbaycanda da daşınmaz əmlakla bağlı sığortanın könüllülük prinsipi ilə həyata keçirildiyini vurğulayıb:

 

“Faktiki olaraq, icbari sığorta olsa da, könüllülük prinsipinə  əməl edilir. İstəyən  şəxs öz əmlakını sığorta elətdirir, istəməyən isə  elətdirmir. Əslində bu qanun çoxdan qəbul olunub. Lakin bu günə qədər hələ də bir çoxu öz əmlakını sığorta elətdirməyib”.

 

Beşinci çağırış Milli Məclisin deputatı Çingiz Qənizadə hələ ki daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanun layihəsinin qəbul olunmadığını söyləyib:

 

“Düşünürəm ki, bununla bağlı nəsə bir söz söyləmək də doğru olmaz. Qanun layihəsi qəbul olunsun ki, biz ondan sonra müəyyənləşdirək ki, cərimə ilə bağlı məsələni hansı müvafiq icra hakimiyyəti həyata keçirsin. Mən hələ o layihə ilə tam tanış deyiləm. Hesab edirəm ki, bu məsələdə hər birimiz ictimai rəyi də nəzərə almalıyıq”.

 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki, dünya təcrübəsindən bu məsələyə yanaşılsa, vətəndaşlar könüllülük prinsipi ilə öz əmlakını sığorta etdirməlidir:

 

“Düşünürəm ki, Azərbaycanda da könüllülük prinsipi olsa, insanları sığortaya cəlb etmək mümkün olmayacaq. Müəyyən bir mərhələdə bunu icbari sığorta formasında həyata keçirib sonradan, könüllü sığortaya çevirmək olar. Hər halda baxmalıyıq ki, görək hansı nəticəni verəcək. Əgər sığorta şirkətləri dəymiş zərərləri vaxtında və problem yaratmadan həll edə biləcəklərsə, onda vətəndaşlarda müəyyən bir maraq yaratmış olacaq. Düşünürəm icbari sığortada məsələnin bir tərəfi ondan ibarət olacaq ki, tutaq ki, vətəndaş əmlakını sığorta etdirmək istəmir. Bu təqdirdə ona cərimə tətbiq olunacaq. Elə əsas narazılıq da bundan sonra başlayacaq. Hesab edirəm ki, bu cərimələrin vaxtı uzadılsa daha yaxşı olar. Ən azından bir il vətəndaşa vaxt verilməlidir ki, öz əmlakını sığorta etdirə bilsin. Əgər etdirməsə onda həmin vətəndaşa sanksiya tətbiq etmək olar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov kadr islahatlarından DANIŞDI 9 Aprel 2020, 11:32 Parlamentdə Baş Nazirin videohesabatı dinlənilir 9 Aprel 2020, 11:26 Milli Məclis Elman Rüstəmovu Mərkəzi Banka üzv təyin etdi 9 Aprel 2020, 11:21 “Koronaviruslu xəstə Qarabağa qəsdən göndərilib” – Paşinyana AĞIR İTTİHAM 9 Aprel 2020, 11:19 Azərbaycanda evdən çıxışına qadağa qoyulan qadınlar kişilərdən çoxdur 9 Aprel 2020, 11:15 Deputatlar həkimləri ayaq üstə alqışladılar 9 Aprel 2020, 11:14 Mərkəzi Bankı Vahid Nəzarət və Monitorinq Sistemi yaradır 9 Aprel 2020, 11:10 Milli Məclis toplaşdı 9 Aprel 2020, 11:05 Ukraynada koronavirusdan ölənlərin sayı artdı 9 Aprel 2020, 11:00 İcra başçısı ehtiyacı olanlara ərzaq yardımı edib - Foto 9 Aprel 2020, 10:54 Səudiyyə Ərəbistanının şahzadələri koronavirusa yoluxdu 9 Aprel 2020, 10:48 Gəncədə pandemiya ilə bağlı bütün zəruri tədbirlər davam etdirilir - FOTO 9 Aprel 2020, 10:42 TƏBİB yenidən qan donorlarına müraciət etdi 9 Aprel 2020, 10:36 Yasamal sakinlərinə qida sovqatları paylanıldı - FOTO 9 Aprel 2020, 10:30 ““Neft Fondunun bütün pulunu əhaliyə paylayaq” deyənlər ölkənin süqutunu istəyənlərdir” - Nazir 9 Aprel 2020, 10:24 “Azərişıq”dan işıqpulu borcları ilə bağlı AÇIQLAMA   9 Aprel 2020, 10:18 Koronavirusun dünya iqtisadiyyatına vuracağı zərərin MƏBLƏĞİ 9 Aprel 2020, 10:12 Sahil Babayev bu gündən 190 manatın veriləcəyini AÇIQLADI 9 Aprel 2020, 10:06 “Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir - FOTO 9 Aprel 2020, 10:00 Karantin qaydalarını pozan sürücülərin sayı AÇIQLANDI 9 Aprel 2020, 09:54 Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb 9 Aprel 2020, 09:48 Dünyanın koronavirus statistikası  - 330 min nəfər sağalıb 9 Aprel 2020, 09:42 Cəbhədə gərginlik artıb - düşmən aktivləşib 9 Aprel 2020, 09:36 Bu rayonlar üzrə pensiyaların ödənilməsinə BAŞLANILDI 9 Aprel 2020, 09:30 “İsmayıl”ın “Fəryad”inda sönən CEYHUN 9 Aprel 2020, 09:28 Karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlandı - FOTO 9 Aprel 2020, 09:24 190 manat üçün birdəfəlik ödəmədə növbə bu rayonlarındır - QRAFİK 9 Aprel 2020, 09:18 Dolların bu günə olan rəsmi məzənnəsi   9 Aprel 2020, 09:12 Avropa İttifaqı Azərbaycana 14 milyon avro maliyyə yardımı ayırdı 9 Aprel 2020, 09:06 ABŞ-da koronavirus bir gündə 1973 can aldı  9 Aprel 2020, 09:00 “Dövlət hər ailəyə pul ayırır ki, evdən çölə çıxmasın” - MÜSAHİBƏ 9 Aprel 2020, 08:51 Deputatlar bu gün toplaşır - Baş Nazir videohesabat verəcək   9 Aprel 2020, 08:45 Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16