Arxiv
12 Yanvar 2020, 13:21 | DİASPOR
Xaricdə yaşayan azərbaycanlılar üçün: Vizasız gəliş, vergi güzəşti, ödənişsiz təhsil...

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsi xaricdə yaşayan soydaşlarımıza “soydaş vəsiqəsi”nin verilməsini nəzərdə tutur.

 

Komitənin insan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Şahin Camalov Modern.az-a açıqlamasında “soydaş vəsiqəsi”nin əhəmiyyəti və kimləri veriləcəyi barədə danışıb.

 

“Soydaş vəsiqəsi”nin əhəmiyyəti nədir?!

 

O bildirib ki, “soydaş vəsiqəsi” cəmiyyətdə daha çox diqqət çəksə də məsələ sadəcə “soydaş vəsiqəsi”ndən ibarət deyil:

 

“Soydaş vəsiqəsi” məsələsi xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında qanun layihəsinin bir hissəsidir. Əsas isə Diasporla İş üzrə Dövlət Komitəsi olaraq cənab Prezidentin diaspor quruculuğu sahəsində qarşımıza qoyduğu vəzifə və öhdəliklərin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bir parçasıdır. Bilirsiniz, zaman keçdikcə bütün sahələrdə olduğu kimi qanunvericiliyə də dəyişikliklər zərurətə çevrilir. Bu baxımdan qeyd edilən sənəd Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb. Nazirlər Kabinetinin dəstəyi ilə aidiyyatı dövlət qurumları ilə birgə qanun layihəsini müzakirə etmişik. Hesab edirik ki, qanun layihəsinin daha effektiv və yararlı ola bilməsi üçün müzakirələrə ehtiyac var. “Soydaş vəsiqəsi” diasporumuza böyük töhfələr verəcək”.

 

Vəsiqə kimlərə veriləcək?!

 

Komitə rəsmisi, “soydaş vəsiqəsi”nin kimlərə verilməsindən də söz açıb:

 

“Soydaş vəsiqəsi” xaricdə yaşayan soydaşlarımıza, Azərbaycan SSR-nin keçmiş vətəndaşlarına, Azərbaycan mənşəli əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə veriləcək. Bunu onlara Azərbaycan dövlətinin böyük dəstəyi hesab edə bilərik. Bu vəsiqəni əldə etmiş şəxslər bir neçə imtiyazlar əldə edəcəklər. Bu imtiyazlardan biri həmin şəxslərin Azərbaycan Respublikası ərazisinə vizasız gəlib-getmək imkanı ilə bağlıdır. Eyni zamanda, bir neçə güzəştlər də nəzərdə tutulub. Bu güzəştlər arasında işçi vizası olmadan Azər baycan Respublikası ərazisində əmək müqaviləsi ilə çalışmaq hüququnun verilməsi də var. Ödənişsiz ali və orta ixtisas təhsili almaq hüququ da vermək layihədə əksini tapacaq. Gələcəkdə bu qanunla vergi və digər güzəştlərin edilməsi də nəzərdə tutulur. Bütün bu qeyd olunanlar cənab Prezidentin diaspor quruculuğu sahəsində qarşıya qoyduğu vəzifə və tapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlərdir. Qanun layihəsinin Milli Məclis tərəfindən təsdiqi Azərbaycan diasporunun fəaliyyətinin daha da təkmilləşməsinə xidmət edəcək”.

 

“Beynəlxalq təcrübə öyrənilib”

 

Şahin Camalov qanun layihəsini hazırlayarkən beynəlxalq təcrübədən yararlandıqlarını da deyib:

 

“Soydaş vəsiqəsi” ilə bağlı məsələ qanunvericiliyə daxil edilərkən Türkiyə, Gürcüstan, Polşa təcrübəsi öyrənilib. Hesab edirəm ki, daha mükəmməl təcrübə formalaşdırmaq baxımından bu, gələcəkdə daha mühüm addım olacaq. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanda tibbi yardımların almasından tutmuş bir çox güzəştləri əldə edəcəklər”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:41 Tənəffüs zamanı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30 DSX dənizdə taktiki təlimlər keçirdi - FOTOLAR 16 Sentyabr 2021, 12:24 Putin Ermənistana səfər edəcək 16 Sentyabr 2021, 12:22 Məktəblərdə imtahanların sayı azaldılır - Kurikulum sadələşdirilir 16 Sentyabr 2021, 12:20 Türkiyəyə getmək istəyən jurnalistlər üçün fürsət 16 Sentyabr 2021, 12:15 Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır 16 Sentyabr 2021, 12:12 Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib   16 Sentyabr 2021, 12:10 Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi 16 Sentyabr 2021, 12:09 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət edilib - SƏBƏB 16 Sentyabr 2021, 12:06 Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirildi - FOTOLAR 16 Sentyabr 2021, 12:04 Rüfət Aslanlı özünə yeni şirkət yaratdı 16 Sentyabr 2021, 12:01 Bakıda 29 yaşlı gənc qətlə yetirildi 16 Sentyabr 2021, 11:57 Şerimin vəzninə bənzər Xəzərin dalğaları... 16 Sentyabr 2021, 11:55 Agentlik sədri: “193 min şəxsin əlillik müddəti bitib” 16 Sentyabr 2021, 11:54 29 qazi üçün xaricdən protez gətiriləcək 16 Sentyabr 2021, 11:54 İbtidai siniflərdə dərsliklər yenilənəcək 16 Sentyabr 2021, 11:52 Quba polisi narkotacirləri yaxaladı - FOTOLAR 16 Sentyabr 2021, 11:46 Protezlə təmin olunan qazilərin sayı AÇIQLANDI 16 Sentyabr 2021, 11:46 Yaddan çıxmış sənətkarlar: 80-dək filmə çəkildi, heç bir fəxri ad almadı - 10 uşaq atası olan məşhur AKTYOR 16 Sentyabr 2021, 11:43 Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 16 Sentyabr 2021, 11:43
SORĞU Hansı vaksinə etibar edirsiniz?