Modern.az

36 dövlət orqanında 703 vakant vəzifə müsabiqəyə çıxarıldı

36 dövlət orqanında 703 vakant vəzifə müsabiqəyə çıxarıldı

Aktual

13 Yanvar 2020, 15:11

 

2020-ci il 13 yanvar tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 36 dövlət orqanında 703 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilib.

 

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər 11 fevral 2020-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.

 

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

 

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

 

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

 

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

 

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

 

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

 

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:  

 

  • struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
  • vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

 

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə
Kənd Təsərrüfatı Nazirliyi (435 vəzifə) və Mədəniyyət Nazirliyi (37 vəzifə) tərəfindən təqdim olunub.

 

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

 

  1. Kənd Təsərrüfatı Nazirliyində (435 vəzifə) – AC3 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 78, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 258, BB4 altqrupu üzrə 94 vəzifə;
  2. Mədəniyyət Nazirliyində (37 vəzifə) – AB3 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 4, BB1 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 10, BB4 altqrupu üzrə 13 vəzifə;
  3. Dövlət Statistika Komitəsində (33 vəzifə) –BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 8, BB4 altqrupu üzrə 23 vəzifə;
  4. Gənclər və İdman Nazirliyində (30 vəzifə) –AC3 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 6, BB4 altqrupu üzrə 21 vəzifə;
  5. Şirvan Apellyasiya Məhkəməsində (15 vəzifə) –BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 14 vəzifə;
  6. Bakı Ağır Cinayətlər Məhkəməsində (14 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 13 vəzifə;
  7. Şəki Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 14 vəzifə;
  8. Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 14 vəzifə;
  9. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (11 vəzifə) – AB3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 4, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 2 vəzifə;
  10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (11 vəzifə) – AB2 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 4, BB1 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 1 vəzifə;
  11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində (10 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 9 vəzifə
  12. Abşeron Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə;
  13. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində (7 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 6 vəzifə;
  14. Quba Rayon Məhkəməsində (6 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 5 vəzifə;
  15. Bakı şəhəri Səbail Rayon Məhkəməsində (5 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 4 vəzifə;
  16. Ağcabədi Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;
  17. Energetika Nazirliyində BA4 altqrupu üzrə 4 vəzifə;
  18. Masallı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;
  19. Saatlı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;
  20. Şəki Ağır Cinayətlər Məhkəməsində (4 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 3 vəzifə;
  21. Şirvan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;
  22. Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə;
  23. Fizuli Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;
  24. Göygöl Rayon Məhkəməsində (3 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 2 vəzifə;
  25. Ağsu Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;
  26. Goranboy Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;
  27. Hacıqabul Rayon Məhkəməsində (2 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə;
  28. Lerik Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;
  29. Qəbələ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;
  30. Qobustan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;
  31. Yardımlı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;
  32. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində AC1 altqrupu üzrə 1 vəzifə;
  33. Milli Televiziya və Radio Şurasında BA4 altqrupu üzrə 1 vəzifə;
  34. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində BA4 altqrupu üzrə 1 vəzifə;
  35. Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;
  36. Şamaxı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;

Ümumilikdə, müsahibəyə çıxarılmış 703 vakant vəzifənin 1-i 4-cü təsnifata, 60-ı 5-ci təsnifata, 35-i 6-cı təsnifata, 607-i isə 7-ci təsnifata aid olmaqla, 3-ü AB, 85-i AC, 57-si BA, 558-ü isə BB vəzifə qrupuna aiddir.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı