Modern.az

Azərbaycanda inkişaf etdirilməli maraqlı turizm SAHƏLƏRİ

Azərbaycanda inkişaf etdirilməli maraqlı turizm SAHƏLƏRİ

Mədəni̇yyət

14 Yanvar 2020, 16:52

 

Ötən gün prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkədə turizm inkişafının yalnız tarixi abidələrlə, yaxud da hansısa marağı cəlb edən məsələlərlə məhdudlaşmadığını deyib. 2020-ci il də turizm sahəsinin daha da diqqət mərkəzində olacağını deyən prezident bu sahənin perspektivlərindən də söz açıb.

 

Bəs, turizmin inkişafı üçün hansı işlər görülür? Ölkəyə turist axınını təmin etmək istiqamətində hansı addımlar atılmalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Azərbaycana turist axınını təmin etmək üçün turizmin müxtəlif növlərindən istifadə edilməli olduğunu bildirib:

 

“Hazırda dünyanın bir çox ölkələrində Azərbaycanı tanıtmaq üçün şərab evləri açılır. Mətbəx turizmini də daha çox inkişaf etdirmək lazımdır. Turizmin bu növü yalnız xarici ölkələrdə yox, eyni zamanda, bizim ölkədə olan otel və restoranlarda da həyata keçirilsə, daha yaxşı olar. Turist üçün təqdim edilən menyuda milli yeməklərimiz demək olar ki, yox səviyyəsindədir. Mətbəx turizmindən başqa kənd yaşıl turizmini də təbliğ etmək lazımdır. Dəniz turizminin genişləndirilməsi istiqamətində planlar artıq hazırlanıb. Əgər bu planlar tətbiq edilsə, turizmin inkişafına öz müsbət təsirini göstərə bilər. Bundan başqa, qatar turizmi inkişaf etdirilməlidir. Məsələn, bu gün qatar turizmi Bakı-Tbilisi-Qars istiqamətində daha da təkmilləşdirilməlidir. Bundan başqa, bölgələrə turist axınını təmin etmək və aztəminatlı insanlar üçün çadır turizmi də maraqlı ola bilər. Artıq bu məsələləri illərdir ki, biz gündəmə gətiririk, lakin təəssüf olsun ki, işlər çox ləng gedir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü