Modern.az

İtkin düşən Aysel tapıldı - YENİLƏNİB

İtkin düşən Aysel tapıldı - YENİLƏNİB

Aktual

14 Yanvar 2020, 18:39

Yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb. 

 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. 

 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.

 

***

17:43

 

Bakıda 14 yaşlı qız itkin düşüb. 

Modern.az xəbər verir ki, yanvar ayının 13-də gecə saat 00:05 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yaşayan 2005-ci il təvəllüdlü Aysel Salahova evindən çıxıb və geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır (oxu.az).

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi