Arxiv
15 Yanvar 2020, 10:00 | MƏDƏNİYYƏT
“Gürcüstan adı ilə bölgəyə gələn turistlər bahalığa görə Azərbaycanı seçmirlər”

Gürcüstana gedən 2 turistin məsrəfi Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir.

 

Modern.az xəbər verir ki, bu məlumatı iqtisadçı Qubad İbadoğlu rəsmi rəqəmlərə istinadən bildirib.

 

Onun sözlərinə görə, orta hesabla Azərbaycanda hər turist 798 dollar, Gürcüstanda isə 447 dollarlıq büdcəni məsrəf edir:

 

“Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən il Azərbaycana gələn 3 milyon 170 min nəfər əcnəbi turist kimi qeydiyyata düşüb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların xərcləri 4,3 milyard manat (2,53 milyard dollar) təşkil edib ki, bu da hər turistə 1357 manat və ya 798 dollar məsrəf deməkdir. Bu məbləğ qonşu Gürcüstanla müqayisədə 2 dəfədən də çoxdur.

Belə ki, 2018-ci ildə Gürcüstana 7,2 milyon turist gəlib ki, onların da cəmi xərcləri 3,22 milyard dollar təşkil edib. Bu o deməkdir ki, Gürcüstanda 1 turistin məsrəfi orta hesabla 447 dollar təşkil edib. İki ölkə arasında müqayisədən belə çıxır ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda, Gürcüstan adı ilə bölgəyə gələn, bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycanı seçmirlər və elə oradan da geri qayıdırlar”.

 

Ekspert qeyd edib ki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə, ölkənin bu sektordan gəlirləri ən azı 2 dəfə artar:

 

“Amma əksinə proseslər gedir. Belə ki, Azərbaycanda xidmətlərin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur.
Təklif edirəm ki, Gürcüstanı ziyarət edən turistlərin heç olmasa yarısının Azərbaycana cəlb edilməsi barədə düşünsünlər. Bunun üçün isə ilk növədə xidmət sektorunda və ictimai iaşədə qiymətlər əlçatan olmalı, keyfiyyət yüksəldilməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parisdə kütləvi etirazlar başladı 18 Fevral 2020, 01:07 Koronavirusu müalicə edən həkim də öldü 18 Fevral 2020, 00:43 Cinayətkar qrupunun silahlıları saxlanılıb 18 Fevral 2020, 00:29 Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır 18 Fevral 2020, 00:13 Bakıda qayınata və kürəkən bıçaqlanıb 17 Fevral 2020, 23:58 Rusiyanın bu bölgəsinə Azərbaycandan təyyarələrlə pomidor daşınır 17 Fevral 2020, 23:43 Türkiyə və Rusiya diplomatları danışıqlara sabah davam edəcək 17 Fevral 2020, 23:26 Azərbaycan alimləri İsveçrədə beynəlxalq elmi konfransa qatılıb 17 Fevral 2020, 23:08 Hacıqabulda avtomobil dirəyə çırpıldı: xəsarət alan var 17 Fevral 2020, 22:53 Azərbaycanlı köçkünlərin problemi Beynəlxalq Konfransda qaldırıldı 17 Fevral 2020, 22:37 Karib dənizində təyyarə qəzaya uğradı 17 Fevral 2020, 22:21 25 ölkədə 694 nəfər koronavirusa yoluxdu 17 Fevral 2020, 22:06 Bakıda dəhşətli qəza ölümlə nəticələndi 17 Fevral 2020, 21:49 İdxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələr artırılıb 17 Fevral 2020, 21:33 "İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev 17 Fevral 2020, 21:17 Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib 17 Fevral 2020, 21:06 Avropa İttifaqı Suriyaya qarşı sanksiyalarını genişləndirib 17 Fevral 2020, 20:56 Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİ 17 Fevral 2020, 20:46 Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi 17 Fevral 2020, 20:33 Gömrükdə 6000 ədəd "King" markalı siqaret aşkarlandı 17 Fevral 2020, 20:17 Lənkəranda bank ofisində tüstülənmə 17 Fevral 2020, 20:04 “Şahdəniz” qazının ixracı 15% artıb 17 Fevral 2020, 19:56 Təhsil Nazirliyi tender elan etdi 17 Fevral 2020, 19:45 Məşhur teleaparıcı intihar edib 17 Fevral 2020, 19:34 Səfər Mehdiyev müşavirə keçirdi - FOTOLAR 17 Fevral 2020, 19:24 Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTO 17 Fevral 2020, 19:16 Peşə məktəblərinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirildi 17 Fevral 2020, 19:08 Yolu keçən piyadanı avtomobil vurub öldürdü   17 Fevral 2020, 18:59 Azərbaycanda cinayət törədən qadınların sayı artıb  17 Fevral 2020, 18:50 Dövlət büdcəsində 418 milyon manat qalıq YARANDI 17 Fevral 2020, 18:43 Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq? 17 Fevral 2020, 18:34 Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək - RƏSMİ 17 Fevral 2020, 18:26 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ 17 Fevral 2020, 18:18 Elmar Məmmədyarov Aİ-nin ticarət üzrə komissarı ilə görüşüb 17 Fevral 2020, 18:14 İlham Əliyev-Nikol Paşinyan debatında diqqətdən qaçan MƏQAM 17 Fevral 2020, 18:06