Modern.az

Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR

Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR

17 Yanvar 2020, 20:42

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Əhliman Əmiraslanov təbliğat-təşviqat kampaniyasına start verib.

Modern.az  xəbər verir ki, bu gün Ə.Əmiraslanov deputatlığa namizəd olduğu 65 saylı seçki dairəsinə aid olan Saatlı rayonunun Məzrəli  kəndində seçiciləri ilə görüşüb. Görüşdə Məzrəli kənd sakinləri ilə yanaşı, Hacı Qasımlı, Naharlı və s. kəndlərdən olan seçicilər də iştirak edib. Görüşdə çıxış edən akademik Əhliman Əmiraslanov Azərbaycanda son illər bütün sahələrdə müşahidə olunan inkişafdan söz açıb.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi Saatlı rayonunda da sosial layihələrin həyata keçirilməsi davam etdirilir. Ölkəmizdə əhalinin sosial rifahının getdikcə yaxşılaşdığını bildirən Əhliman Əmiraslanov bununla belə, vətəndaşları narahat edən bəzi problemlərin də olduğunu qeyd edib.

O, seçicilərin yenidən etimadını qazandığı halda,  hər zaman olduğu kimi bundan sonra da seçiciləri narahat edən məsələlərin Milli Məclisdə qaldırılması istiqamətində fəaliyyət göstərəcəyini, onların həlli naminə köməyini əsirgəməyəcəyini, hər zaman seçicilərinin yanında olacağını bəyan edib.

Görüşdə çıxış edən seçicilər də öz növbəsində hamılıqla Ə.Əmiraslanova səs verəcəklərini bildiriblər.

Seçicilər Ə.Əmiraslanovun deputat olduğu ötən  illər ərzində rayon ərazisində sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlərdən, hər hansı bir xəstəliklə bağlı deputata müraciət etdikdə dərhal lazımi tibbi xidmətlə təmin olunduqlarından danışaraq, növbəti çağırış parlamentdə də millət vəkili kimi məhz Ə.Əmiraslanovun Saatlı rayonunu təmsil etməsi arzusunda olduqlarını açıqlayıblar.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır