Modern.az

Suriyada 50 silahlı zərərsizləşdirilib

Suriyada 50 silahlı zərərsizləşdirilib

Aktual

17 Yanvar 2020, 22:18

Suriyada 50 silahlı məhv edilib. 

Modern.az  xəbər verir ki,  əməliyyatlar  Suriyanın İdlib və Hələb əyalətlərində həyata keçirilib. 


Suriyada Duşmənçilik edən Tərəflərin Barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri Yuri Borenkov bildirib ki, hökumət qüvvələrinin mövqeyinə hücumların gedişatında təxminən 50 silahlı zərərsizləşdirilib: "Hayat Tahrir Aş-Şam" terror təşkilatının döyüşçüləri yanvarın 16-da axşam İdlib və Hələb əyalətinin bir neçə yaşayış məntəqəsi ərazisində hökumət qüvvələrinin mövqelərinə soxulmağa çalışıblar.

Hücumların dəf edilməsi zamanı təxminən 50 silahlı, böyuk kalibrli pulemyotların qurulduğu 7 avtomobil və bir "Cihad mobil" məhv edilib".

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı