Modern.az

“Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq

“Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq

18 Yanvar 2020, 12:28

Azərbaycanla Ermənistan arasında danışıqların nəticəsi hər iki dövlətin birinci şəxsləri tərəfindən ətraflı fəaliyyət planının əks olunduğu sənədin imzalanması olmalıdır, fəaliyyət planı isə Ermənistan hakimiyyətinin nəzarətində olan qondarma “Dağlıq Qarabağ Respublikası”nın ətrafında işğal altındakı yeddi rayonun Bakının nəzarətinə qaytarılması, eləcə də etnik təmizləmələr nəticəsində regionu tərk etmiş azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını əhatə etməlidir.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq Vitali Arkov deyib.

 

O bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonun Bakının nəzarətinə qaytarılması, eləcə də azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması sülh planının birinci paketinə aiddir və bununla bağlı danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə birinci il deyil ki, davam edir. Politoloq əlavə edib ki, bunun reallaşdırılması çoxdan başlamalı idi.

 

Politoloqun sözlərinə görə, amma Ermənistan tərəfi hər dəfə danışıqlar prosesinin uzadılması və sülh planının reallaşdırılmasının başlamasının qeyri-müəyyən müddətə təxirə salınması üçün bəhanələr tapır:

 

“Bu, Ermənistanda hakimiyyətin real yanaşmasını nümayiş etdirir: torpaqların işğaldan azad edilməsi olmasın, azərbaycanlı qaçqınların qaytarılması olmasın, zorla əllərindən alınmış əmlaka görə təzminat olmasın və s.”.

 

V.Arkov yekunda bildirib ki, formal olaraq Yerevan danışıqlarda iştirak edir, onun nümayəndələri isə azərbaycanlı qaçqınların və onların övladlarının Dağlıq Qarabağa qayıtmasında maneə olmadığını bildirir, amma əslində isə onların əməlləri sözlərindən fərqlənir:

 

“Dinc addımlar yerinə erməni siyasətçilər tərəfindən növbəti təxribatçı bəyanatlar eşidilir, erməni hərbçilər tərəfindən isə insan itkilərinə gətirib çıxaran təmas xəttində növbəti təxribatlar müşahidə edilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır