Modern.az

Jalə Əliyeva seçicilərlə görüşüb - FOTO

Jalə Əliyeva seçicilərlə görüşüb - FOTO

Aktual

20 Yanvar 2020, 11:36

92 saylı Zərdab seçki dairəsindən deputatlığa namizəd  Jalə Əliyeva seçicilərlə ilk görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Zərdabın Gəndəbil kəndində seçicilərlə görüşüb.

 

Jalə Əliyev a bildirib ki, seçicilərlə çox səmimi, çox xoş bir ortam olub:

 

“İnsanlarımızda böyük bir ruh yüksəkliyini gördüm. Həmin görüşdə iştirak edən indi Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan birinci şəkildəki Məryəm qızımız siz demə bundan 15 il əvvəl həmin kənddə mənimlə keçirilən görüşə gəlibmiş ve o zaman 3 yaşında imiş. O zaman mənim ona hədiyyə etdiyim üç rəngli bayrağımızı evlərində bu günə kimi göz bəbəyi kimi qoruyurlar. Çox təsirləndim”-deyən millət vəkili bununla yanaşı, rəsmi “Facebook” səhifəsində məlum görüşlə bağlı paylaşdığı fotolardan bəhs edib.

 

“İkinci şəkildə soldan birinci olan Xədicə ana isə əslən Zərdabın Isaqbağı kəndindəndir. 15 il əvvəlki görüşdə kənd qadınları ilə birlikdə həyətlərindən gül yığıb mənə hədiyyə ediblər. Hər iki xatirəni nəql edərkən üzlərində gördüyüm təbəssüm, gözlərindən hiss etdiyim doğmalıq inanilmaz bir səadət bəxş etdi mənə”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır