Arxiv
21 Yanvar 2020, 12:30 | MƏDƏNİYYƏT
Elza Seyidcahanın müzakirələrə yol açan SEÇKİ ŞÜARI“Bunları nəzərə alaraq fikirləşdim ki…”

Yanvarın 17-dən etibarən Azərbaycanda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri üçün təbliğat-təşviqat kampaniyasına start verilib. Hər bir namizədlərin özlərinin şüarıları olur. Bəzi namizədlərin maraqlı seçki şüarları sosial şəbəkələrdə müzakirə olunur.Bu şüarlardan biri də 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd, müğənni Elza Seyidcahanın “Səsinizə səs verməyə gəldim” şüarıdır.

 

Müzakirələrə yol açan şüarın ideyası barədə əməkdar artist Elza Seyidcahan Modern.az-a bunları söyləyib.

 

“Əslində mənim şüarım başqa idi. Süleyman peyğəmbərin kəlamlarında özünü göstərən“Hər şeyin öz vaxtı var” şüarını düşünürdüm.

Hətta başqa bir şüarım da “Tam zamanında gəldim” kimi səslənirdi. Bu şüarı söyləməkdə  əsas məqsəd  isə Şabran-Siyəzən camaatının mənə yaxınlaşaraq 2015-ci ildə namizədliyimə səs verdiyini söyləməsi olub. Hətta elə ailələr olub ki, həyat yoldaşı onu çölə çıxmağa qoymayıb. Ancaq mənə görə həmin qadınlar seçki dairəsinə gəlib, mənə səs veriblər. Bütün bunları nəzərə alaraq fikirləşdim ki, şüarım “Səsinizə səs verməyə gəldim” olsun. Hətta evdə yaxınlarım belə mənə söylədi ki, sən bəstəkarsan, bəlkə namizədliyini verməyəsən, bu yoldan imtina edəsən. Ancaq  qətiyyətlə söylədim ki, xeyir, mən bu yolla getməyə bilmərəm, çünki mən onların səslərinə səs verməyə gedirəm”.

 

Müğənniyə yaxın  dostları başqa dairədən səs verməyi məsləhət biliblər.

“Hətta yaxın dostlarım Nəsimi rayonundan namizədliyimi irəli sürməyi təklif etdilər. Onlar bunu keçən seçkilərdə Şabran-Siyəzən dairəsindən  namizədliyimi irəli sürdüyüm zaman baş verən hadisələrə görə söyləyirdilər. Bütün bunlara cavab olaraq söylədim ki, ya Şabran-Siyəzən bölgəsində namizədliyimi irəli sürəcəm, ya da heç bir zaman bu yolda addımlamayacam. Düşünürəm ki, biz əbədi millətin vəkiliyik. Biz kağız üzərində millət vəkili olmalıyıq ki, xalqımızın səsini dövlətimizə vaxtında çatdıra bilək.

 

 

Elza Seyidcahan təbliğat-təşviqat kampaniyasının İctimai Televiziyada aparılmasına baxmayaraq, “Space”də də efirdə görünməsinə aydınlıq gətirib. Onu bunu seçki pozuntusu hesab etmədiyini əlavə edib.  

 

 “Xeyir düşünürəm ki, hər bir namizəd seçki qayda-qanununa məsuliyyətlə yanaşır, heç bir qanun pozuntusuna yol verilmir. Hazırda  mənim televiziyalarda çıxışlarım gedirsə, nəzərinizə çatdırım ki, bu köhnə çıxışlardır. Təbliğat və təşviqat kampaniyası başlayandan mən heç bir telekanallara çıxmıram. Baxmayaraq ki,  gün ərzində çoxlu təkliflər alıram. Hər birinə təşəkkür edirəm ki, məni axtarırlar. Ancaq hələki mətbuatdan biraz kənar gəzirəm. İlk media qurumusunuz ki, seçki ərəfəsində  sizə açıqlama  verdim. Diqqətinizə görə minnətdaram".

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25 BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər 8 Aprel 2020, 18:22 İran parlamenti karantin müddətini uzatmayıb 8 Aprel 2020, 18:18 TƏBİB sədrindən vətəndaşlara MÜRACİƏT - “Qan verin, çünki çətinliklərimiz ola bilər” 8 Aprel 2020, 18:14 Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağı müzakirə etdi 8 Aprel 2020, 18:12 Azərbaycanda həkim koronavirusa YOLUXDU 8 Aprel 2020, 18:11 Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib 8 Aprel 2020, 18:07 Dolların sabaha olan məzənnəsi  8 Aprel 2020, 18:02 Nazirlər Kabinetindən maskaların qiyməti ilə bağlı AÇIQLAMA 8 Aprel 2020, 18:01