Modern.az

Az namizəd fərqli təbliğat forması tətbiq edir - ekspert

Az namizəd fərqli təbliğat forması tətbiq edir - ekspert

22 Yanvar 2020, 11:40

 

Yanvarın 17-dən başlayaraq deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.

 

Maraqlıdır, altıncı çağırış Milli Məclisin deputatlığına namizədlər təbliğatlarında nəylə fərqlənir?

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  Qərargahının rəhbəri Məhərrəm Zülfüqarl bildirib ki, çox fərq yoxdur:

 

Fərqli görüş keçirən namizədlər var...

 

Çünki  neçə illərdir ki,  Azərbaycanda parlament seçkiləri keçirilir. Tanıdığım namizədlər arasında irəliləyişlər hiss olunur. Məsələn, elə namizədlərimiz var ki, seçicilərlə elektron əlaqə yaradan, qapı-qapı proqramını həyata keçirən, canlı görüş keçirirlər. Bu cür hallar hələ ki, azdır. Ola bilsin ki kampaniya yeni başlayıb. Ad çəkmək istəmirəm. Hətta hansı  işləri gördükləri ilə bağlı hesabat verənlərə də rast gəlmək mümkündür. Bu da o deməkdir ki, seçicilərin qarşısına alnıaçıq, üzüağ çıxan namizədlər var. Elə namizədlər də var ki, tanınmırlar və ortaya bir iş qoya bilmirlər.

 

Yeniliklər olacaq...

 

Məhərrəm Zülfüqarlının sözlərinə görə, budəfəki seçkilərdə maraqlı məqamlar olacaq:

 

Azərbaycanda ictimai rəy çox güclüdür. Bəziləri  ictimai rəylə hesablaşmaq  istəmirlər. İctimai rəydə mənfi imici olan şəxsin deputat seçilməsində şansı çox azdır. Söhbət sağlam rəqabətdən gedir. İndi mobil telefonu olmayan insan yoxdur. Hər kəs sosial şəbəkələrdən istifadə edir. Gündəlik də hər bir şeyi izləyirlər. Biz hesabat hazırlayırıq. Çox maraqlı məlumatlar olacaq. Namizədin namizəddən şikayəti olub. Burada namizəd şikayət edərək öz hüququnu müdafiə edib. Dəqiqləşdirmə aparmışam. Elə namizəd var ki, qeydə alınıb və digər qeydə alınan namizəddən şikayət edərək onun qeydiyyatını ləğv elətdirib. Bu da yenilik deməkdir.

 

YAP da imtina etdi...

 

Qərargah rəhbəri ödənişli televiziyadan da söz açıb:

 

İnternet televiziyalar  yaxşı işləyirlər. Çünki İctimai Tv-nin qoyduğu qiymət çox yüksəkdir. Ona görə də əksər namizədlər internet televiziyasını və saytları seçirlər. Hətta pulsuz efir vaxtından YAP da imtina etdi. Bu da onu göstərir ki, gələcəkdə bu cür məsələlərə, qiymətlərə yenidən baxılmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir