Arxiv
22 Yanvar 2020, 13:56 | AKTUAL
UNEC-də Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub - FOTO

Yanvarın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kurslarını uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunub.

Trend xəbər verir ki, tədbiri giriş sözü ilə açan UNEC-in rektoru Ədalət Muradov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olmasına xüsusi diqqət verməsi bugünkü tədbirin uğurlu olmasını əsaslandırır. Rektor Çin dilinin distant tədrisi ilə bağlı təşəbbüslə çıxış etdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

“Fondun təşəbbüsündən sonra UNEC-də Pekin Xarici Dillər Universiteti və Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə birlikdə Çin dilinin tədrisinə başladıq. Sevindirici haldır ki, Çin dilinə maraq böyükdür. Bu dilin tədrisi ilə bağlı işləri davam etdirmək niyyətindəyik. Bizim bu dərslərə daha geniş auditoriyanı cəlb etmək imkanımız var”, – deyə rektor Ədalət Muradov bildirib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında deyib ki, distant Çin dili kursları Heydər Əliyev Fondunun, xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub. “Kursların təşkilinin nəticəsi olaraq gördük ki, Çin dilinin öyrənilməsinə böyük maraq var”, - deyə Heydər Əliyev Fondunun icraçı direktoru qeyd edib. Anar Ələkbərov distant Çin dili kursları təşəbbüsünün layihənin tərəfdaşlarının köməyi və dəstəyi ilə davam etdirmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Li Jingsong layihənin daha çox azərbaycanlıya Çin dilini öyrənməyə imkanı verəcəyinə əminliyini ifadə edib. O xatırladıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həm Azərbaycanda, həm də Çində bir çox layihələr reallaşdırılıb. Li Jingsong yekunlaşan kursun iştirakçılarının dərslərdə əldə etdikləri biliklərlə Çin dili bacarıqlarını daha da mükəmməlləşdirdiklərini vurğulayıb.

Tədbirdə Çin dili kursları üzrə dərslərə başlanılması ilə əlaqədar universitetdə keçirilən təqdimat tədbirini əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, icra olunan layihə Azərbaycan və Çin arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev videobağlantı ilə tədbirə qoşulub. O bildirib ki, bu layihənin icrası Azərbaycan və Çin arasında olan tarixi münasibətlərdən yaranan zərurətdir.

 

Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov təmsil etdiyi qurumun elm və təhsil sahəsindəki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, layihə iki ölkə arasında yüksək səviyyədə olan iqtisadi, ticari, mədəni əlaqələrə müsbət təsir göstərəcək.

Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub.

Xatırladaq ki, distant Çin dili kursları üzrə dərslərə 2019-cu il sentyabrın 28-də başlanılıb. Bununla əlaqədar universitetdə keçirilən təqdimat tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulan distant Çin dili kurslarında dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə keçirilib. Distant təhsil üzrə təlimlər ödənişli əsaslarla aparılıb. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanıb. Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan elementar səviyyəni bitirən iştirakçılar Çin dilinin ümumi qrammatik quruluşuna bələd olub, sadə fikir mübadiləsi aparmaq bacarığı əldə ediblər. Üç ay davam edən proqram üzrə təlimlər işdən ayrılmadan distant formada keçirilib.

Layihənin tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda uşaq poliklinikasında yanğın olub 21 Fevral 2020, 16:30 Bakı metrosu koronavirusa qarşı dezinfeksiyada “ProGreen ProFix” dərmanından İSTİFADƏ EDİR 21 Fevral 2020, 16:24 Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də varMSK üzvü ölüf-ölüf videosundan danışdı 21 Fevral 2020, 16:18 MSK-nın iclası başladı 21 Fevral 2020, 16:12 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz 21 Fevral 2020, 16:06 Nazirlik sahibkarlara müraciət etdi 21 Fevral 2020, 16:00 Yaşıllıq sahələrinə elektron formada nəzarət ediləcək 21 Fevral 2020, 15:55 I sinfə qəbul qaydaları AÇIQLANDI 21 Fevral 2020, 15:49 Gürcüstanda adam öldürüb Bakıda gizlənən şəxs tutuldu - FOTO 21 Fevral 2020, 15:45 İmtahanların nəticələri AÇIQLANDI 21 Fevral 2020, 15:39 “Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI       21 Fevral 2020, 15:34 Elçibəyin oğlu maddi vəziyyətindən danışdı: “İdarə edirik” 21 Fevral 2020, 15:30 Hindistanlı çəkiliş qrupunun Xızı dağlarında SƏRGÜZƏŞTLƏRİ 21 Fevral 2020, 15:23 İctimai nəqliyyatda gediş haqqı telefonla ödəniləcək 21 Fevral 2020, 15:17 “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!” 21 Fevral 2020, 15:10 Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ 21 Fevral 2020, 15:04 BMU-nun tələbələrinə smart tələbə kartları verildi - FOTO 21 Fevral 2020, 14:58 İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı 21 Fevral 2020, 14:52 Nazir müavinləri rayonlarda qəbul keçirdilər 21 Fevral 2020, 14:46 “Valiko Həsrət” ləqəbli narkobaron həbs edilib - FOTO 21 Fevral 2020, 14:40 Apelleyasiya Məhkəməsi də Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi 21 Fevral 2020, 14:35 General Həftər Liviyada sülh şərtlərindən danışdı 21 Fevral 2020, 14:30 Səfər Mehdiyev Litva səfiri ilə görüşdü 21 Fevral 2020, 14:24 “Azadlıq” stansiyasında “HADİSƏ”-VİDEO 21 Fevral 2020, 14:18 Avtomobili tapılan qadın oğrudan şikayət etmədi 21 Fevral 2020, 14:12 Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb 21 Fevral 2020, 14:06 Ukrayna parlamenti “erməni soyqırımı”nı qəbul etməkdən İMTİNA ETDİ 21 Fevral 2020, 14:00 Zavod direktorunun otağından oğurluq edən şəxs saxlanıldı 21 Fevral 2020, 13:55 BMT-dən İdlib ETİRAFI: “İnsanların həyatlarını xilas etməyə çalışırıq, amma...” 21 Fevral 2020, 13:49 Azərbaycanda ekoloji problemlərlə əlaqədar yeni QHT yaradıldı 21 Fevral 2020, 13:43 Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO 21 Fevral 2020, 13:37 Türkiyədə oxuyan azərbaycanlı tələbələr etiraz aksiyası keçirdi 21 Fevral 2020, 13:31 100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX 21 Fevral 2020, 13:26 Dünyanın ən zəngin 10 ailəsi 21 Fevral 2020, 13:21 YAP-da könüllülərin toplantısı keçirilib 21 Fevral 2020, 13:16