Modern.az

36 min qaçqın Türkiyə sərhədinə doğru irəliləyir

36 min qaçqın Türkiyə sərhədinə doğru irəliləyir

23 Yanvar 2020, 12:52

“Son 48 saatda 36 min nəfər Türkiyə sərhədi yaxınlığına köç edib”.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əsəd rejimi qüvvələri və Rusiyanın İdlib hücumları səbəbilə Türkiyə sərhədi yaxınlığına Suriyadan böyük izdiham var. Ümumilikdə, 2 ay yarım ərzində 450 min əcnəbi sərhəd yaxınlığındakı bölgələrdə məskunlaşıb. Suriya Müşahidə Koordinatorluğu müdiri Məhəmməd Hallaj Rusiyanın da hava qüvvələri ilə dəstək verdiyi hücümlar nəticəsində Asal, Kəfər, Qasimiyyə və başqa şəhərlərdən də köç prosesinin davam etdiyini bildirib.

 

Qeyd edək ki, Bəşər Əsəd rejiminin qüvvələri və Rusiyanın hücumları nəticəsində son 2 gündə 11 min 691 ailədən ibarət 36 min 7 mülki şəxs evsiz qalıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir