Modern.az

Xaricdəki soydaşlarımız parlament seçkilərində səs verə bilməyəcək

Xaricdəki soydaşlarımız parlament seçkilərində səs verə bilməyəcək

Parlament

23 Yanvar 2020, 13:03

Xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda keçirilən seçkilərdə hansı formada iştirak etmələri xeyli maraq doğurur. Bunun üçün onlara hansı imkanlar yaradılır?

 

Bu qəbildən olan soydaşlarımız prezident seçkilərində və referendumda yaşadıqları ölkədəki Azərbaycan səfirliyinə gedib tələb olunan sənədi təqdim etməklə səs verə bilirlər.

Ancaq bələdiyyə və parlament seçkilərində xaricdəki azərbaycanlıların səs verməsinin mümkün olmadığı deyilir.

 

“Parlament seçkilərində xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları səs verə bilməyəcəklər”- deyə, xaricdə yaşayan azərbaycanlıların səsvermə hüququ haqqında danışarkən Mərkəzi Seçki Komissiyasının (MSK)keçmiş üzvü Akif Qurbanov söyləyib.

 

O, qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar ancaq prezident seçkiləri və referendumda səs verə bilirlər:

 

“Onların parlament seçkilərində səsvermə hüquqları yaşadıqları xarici ölkələrdə təmin edilmir. Çünki parlament seçkiləri dairələr üzrə aparılır. Hər hansı bir dairədə yaşayan vətəndaşlar öz namizədlərinə səs verirlər. Ona görə də ancaq dairədə səs vermək olur.

Parlament seçkiləri ilə bağlı ölkədən kənarda seçki məntəqələri yaradılmır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir