Arxiv
23 Yanvar 2020, 18:34 | AKTUAL
Xarici Kitabxana ilə əməkdaşlıq - FOTO

Yanvarın 23-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib, ADU-nun respublikada müxtəlif ölkələrin dil və mədəniyyətlərini tədris edən özünəməxsus universitet olduğunu deyib. Universitetdə tədris olunan dillər haqqında danışan rektor ali təhsil ocağına əməkdaşlıq etdiyi ölkələrdən tələbə və müəllimlərin gəldiyini qeyd edib. O, xüsusi tədris olunmayan rus dilinin özünün tədris dili olduğunu bildirib. Dövlətin dil siyasətində rus dilinin xarici dil kimi tədrisinin mühüm komponent olduğunu deyən akademik, bu dilin tədrisi üçün universitetdə əhəmiyyətli imkanlar olduğunu söyləyib. Rektor, həmçinin rəhbərlik etdiyi universitetdə “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının fəaliyyət göstərməsindən söz açıb. O, Rusiyada fəaliyyət göstərən universitetlərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıqdan və mübadilə proqramlarının, layihələrin həyata keçirilməsindən danışıb.

 

Kitabxananın beynəlxalq məsələlər üzrə direktoru Svetlana Qoroxova səmimi qəbula görə təşəkkürünü bildirib. O, kitabxananın fəaliyyəti haqqında məlumat verib. S.Qoroxova əməkdaşlıqda maraqlı olduqlarını, eyni zamanda qarışılıqlı əməkdaşlığın onların kitabxanasında mövcud olan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə müsbət təsir göstərəcəyini qeyd edib. Qonaq Kamal Abdullanı kitabxanada multikulturalizm və qarışılıqlı münasibətlərə həsr olunan mühazirələrlə çıxış etməyə dəvət edib. 

 

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə keçiriləcək layihələr, mübadilə proqramları haqqında müzakirələr aparılıb.

 

Akademik Kamal Abdulla “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabını kitabxanaya hədiyyə edib.

 

Görüşdən sonra nümayəndə heyəti “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasını ziyarət edib, iş fəaliyyəti ilə tanış olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05 Azərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT 24 Fevral 2020, 12:00 “Filizçay yatağının istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq” - Zakir İbrahimov 24 Fevral 2020, 11:55 Vilayət Eyvazovdan Vaqif Əsədovun bölməsinə yeni TƏYİNAT 24 Fevral 2020, 11:50 Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək 24 Fevral 2020, 11:44 Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib 24 Fevral 2020, 11:38 İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı 24 Fevral 2020, 11:34 “Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasıdır” 24 Fevral 2020, 11:32 Azərbaycan ordusunun əsgəri şəhid oldu - FOTO 24 Fevral 2020, 11:27 Hikmət Hacıyev: “Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi” 24 Fevral 2020, 11:20 Bakıda yaşayış binasında yanğın olub 24 Fevral 2020, 11:14 Baş infeksionistdən əhaliyə müraciət: İrana getməyin 24 Fevral 2020, 11:09 Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI 24 Fevral 2020, 11:03 İnam Kərimov direktoru işdən ÇIXARDI 24 Fevral 2020, 11:01 Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb 24 Fevral 2020, 10:56 Azərbaycan “Böyük Dəbilqə”ni 4 medalla başa vurdu 24 Fevral 2020, 10:50 Prezidentin köməkçisi: Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır 24 Fevral 2020, 10:44 “Məcburi köçkün qadınların ədalət çağırışı müstəsna əhəmiyyətə malikdir” - Ombudsman 24 Fevral 2020, 10:38 Hicran Hüseynovadan BMT-yə ETİRAZ 24 Fevral 2020, 10:32 Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı 24 Fevral 2020, 10:26 I sinfə qəbul üçün müsahibələr başladı 24 Fevral 2020, 10:20 “BMT TŞ-nin qətnamələri icra edilənə qədər qüvvədədir” - Hikmət Hacıyev 24 Fevral 2020, 10:13 Bakıda idman zalından oğurluq oldu 24 Fevral 2020, 10:06 İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur - HƏKİMİ DANIŞDI 24 Fevral 2020, 10:00 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Fevral 2020, 09:54 Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu - VİDEO 24 Fevral 2020, 09:52 İrandan gələn avtobuslar hər gün dezinfeksiya olunur - Nuridə Allahyarova 24 Fevral 2020, 09:46 “Qarabağ məktəbi”nin müəllimi: “Son 3-4 ildə Polşaya gələn azərbaycanlıların sayında inanılmaz artım var” 24 Fevral 2020, 09:40 Bakıda itkin düşənlər tapıldı 24 Fevral 2020, 09:35 “Gərək dünyada bütün azərbaycanlıları öldürəsən ki, Şuşa işğalda qala” - MÜSAHİBƏ 24 Fevral 2020, 09:30 Hökümət koronavirusla mübarizəyə pul ayırdı 24 Fevral 2020, 09:24