Modern.az

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT

23 Yanvar 2020, 21:17

Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub.

 

Modern.az  xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi