Modern.az

Bu xidmətdən yararlanan şəxslərin 36 faizi boşanmaqdan imtina edib - RƏSMİ

Bu xidmətdən yararlanan şəxslərin 36 faizi boşanmaqdan imtina edib - RƏSMİ

Aktual

24 Yanvar 2020, 10:11

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

 

Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş idarənin fəaliyyət istqamətləri üzrə çıxış edən baş idarə rəisi İlqar Məmmədov qeydiyyat əməliyyatları və notariat hərəkətləri üzrə artan statistik göstəriciləri səsləndirməklə bu sahədə tətbiq olunan yeniliklər, o cümlədən innovativ həllər barədə ətraflı məlumat verib.

 

Bildirilib ki, hesabat dövründə qeyri-kommersiya qurumlarının qeydiyyatı 19,5%, uçota alınmış mətbu nəşrlərin sayı 17,9%, “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə yerləşdirilən məlumatların sayı 21,5% , 2018-ci illə müqayisədə notariat hərəkətlərinin sayı 21,2% artıb.

 

Bununla yanaşı, iqtisadiyyatın kreditləşdirilməsində bankların rolunun artırılması üzrə ölkə başçısının 2019-cu ilin sentyabr ayında keçirdiyi iqtisadi müşavirədə verdiyi tapşırıqların icrası ilə bağlı Ədliyyə Nazirliyində görülmüş tədbirlər çərçivəsində 1 noyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası və bank nümayəndələrinin iştirakı ilə baş idarədə keçirilmiş müşavirədə bankların səsləndirdiyi təkliflərin nəzərə alınması və həyata keçirilməsi üzrə görülmüş tədbirlər barədə məlumat verilib.

 

Qeyd edilib ki, müqavilə üzrə bankların kreditor hüquqlarının daha rahat şəkildə məhkəmədən kənar qaydada həyata keçirilməsini mümkün etmiş notariusun icra qeydinin avtomatlaşdırılması nəticəsində 10 000-dən artıq müraciətin elektron qaydada icraya yönəldilməsi təmin olunub.

 

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsünə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələblərinə uyğun hesabat dövrü ərzində keçirilmiş yoxlamaların 14,2% azalmasının ölkəmizdə biznes və invesitisiya mühitinin davamlı yaxşılaşdırılmasında əhəmiyyəti xüsusi vurğulanıb.

 

“ASAN xidmət” mərkəzlərində göstərilən ədliyyə xidmətləri səsləndirilərək qeydiyyat əməliyyatlarının 15,9%, notariat əməliyyatlarının isə 32,3% artmaqla bu mərkəzlərdə verilmiş sənədlərin xeyli hissəsini təşkil etdiyi qeyd edilib.

 

Baş idarənin sosial sahədə də həyata keçirdiyi tədbirlər barədə məlumat verilərək qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərində birdəfəlik ödəmələrin verilməsi, habelə aztəminatlı ailələrin müavinətlərlə operativ təmin edilməsi üzrə verilmiş vərəsəlik şəhadətnamələrinin və rəsmiləşdirilməklə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciətlərin sayı ümumilikdə 141 613 olub.

 

Sosial yönümlü tədbirlər sırasında həmçinin ailə institutunun qorunub saxlanılması və nikah pozulmalarına qarşı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində qeydiyyat şöbələrində təşkil edilmiş psixoloq xidmətlərinin əhəmiyyəti də səsləndirilib. Belə ki, bu xidmətdən yararlanan şəxslərin 36%-i nikahın pozulması fikrindən daşınıb.

 

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı şəxslərin FİN-lə təmin edilməsi üzrə aparılan əməliyyatların və verilən sənədlərin sayı təxminən yarım milyona yaxın olub.

 

Bununla yanaşı, nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq “Dayanıqlı İnkişaf Məqsədləri”ndə öz əksini tapmış doğumun qeydiyyatının tam təmin edilməsi hədəfinə nail olunması üçün 3 min yarıma qədər doğum səyyar qaydada bilavasitə doğum evlərində aparılıb, habelə uzaq bölgələrdə yaşayan uşaqların doğumunun qeydiyyatına köməklik göstərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi