Arxiv
28 Yanvar 2020, 15:46 | MƏDƏNİYYƏT
Mentalitet unudulur? - “Artıq bizdə də cütlüklər əvvəlcədən birgə yaşayır, sonra evlənirlər”

Ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər orada boy atır, böyüyür və inkişaf edir. Xoşbəxt ailə obrazını da yaratmağın əsas elementi odur ki, tərəflər bir-birilərini kifayət qədər tanımalıdır. Dünya ölkələrinə nəzər salsaq görərik ki, cütlüklər nikaha girməzdən əvvəl bir neçə il birgə yaşayırlar. Nəticədə bu müddət ərzində hər iki tərəf bir-birilərini kifayət qədər tanımış olur. Bəs görəsən xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da bu tendensiya varmı? Yoxsa mentalitet hələ də öz sözünü deyir?

 

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a danışıb:

 

“Əvvəlki illərə nəzər salsaq görərik ki, qız tərəf oğlanın bütün nəslini araşdırırdı ki, görək nəsil-kökdə xəstəliyi olan varmı, ümumiyyətlə necə insanlardır? Bütün bu cür məlumatları toplayandan sonra razılıq verərdilər. Yəni burda qızın fikirləri o dərəcə də önəm kəsb etmirdi, əsas fikir valideynlərdə olurdu. O dövrdə bu ənənə halını almışdı. Müasir dövrdə belə məlumatları toplamaq, həmin insana qarşı hörmətsizlik və inamsızlıq nümayiş etdirir. Bu ən azından insan haqlarına zidd olan birşeydir. Ancaq bu o demək deyil ki, bu ənənə tamamilə itib-batıb, indiki dövrdə  hələ də oğlan, yaxud qız tərəf bir-birilərini araşdırıb ondan sonra ailə qururlar”.

 

Mehriban Zeynalova ölkədə bu cür cütlüklərin olduğunu da vurğulayıb.

 

“Artıq bizdə də xarici ölkə mentalitetinə oxşar ənənə formalışıb. Yəni cütlüklər əvvəlcədən birgə yaşayır, tam bir-birilərinə bələd olandan sonra nikaha girməyə qərar verirlər. Təbii ki, biz bu ənənəni rayonda yaşayanlara aid etmirik. Olsa belə bizimkilər onu evlilik kimi qələmə verirlər, yəni birgə yaşayırlar və nəticədə uşaq dünyaya gəlir. Ancaq xaricilərdə belədir ki, bir neçə il birlikdə yaşayırlar və uşaq dünyaya gətirmirlər.Məqsəd də odur ki, bir-birilərini yaxşı tanısınlar. Birgə yaşayaq görək bir-birimizə uyğunuq, ya yox. Axı bizdə belə deyil? Bizdə ən azından mentalitet məsələsi öz sözünü demiş olur. Bizim ölkədə belə insanların sayı çox azdır. Düşünürəm ki, bunlar əsasən fərqli intelektual səviyyəsi yüksək olan insanlara daha çox məxsus olan birşeydir. Təəssüf ki, təhsili olamayan insanlar belə düşünmür. Sadəcə birgə yaşayırlar, oğlan aldadır ki, evlənəcəyik, nəticədə uşaq dünyaya gəlir, aqibəti də heç də yaxşı olmur. Yəni burada uşaq dünyaya gələndən sonra nikaha girmək məsələsi çox az hallarda baş verir. Hətta bəzən ancaq dini nikaha girirlər, elə olur ki, heç o da olmur. Dəyişiklik odur ki, əvvəllər dini nikah olmadan yaşamaq olmazdı, amma indi bu məsələ də aradan qalxıb”, - deyə ekspert bildirib.

 

Mehriban Zeynalovanın sözlərinə görə, sadəcə bizi xaricdən bir psixoloji fərq ayırır ki, onlar daha çox bir-birilərini yaxından tanımaq üçün bu addımı atırlar:

 

“Amma bizdə tanımaq məsələsi qalır qırağa, tez uşaq dünyaya gətirilər. Bu tanımaq olmadı ki? Hesab edirəm ki, rayonlarda olan ənənənələrin müsbət tərəfləri var. Yəni bunu mövhumatçı kimi qələmə vermək də doğru olmazdı. Mənfi cəhəti odur ki, burada məxfilik pozulur. Məsələn, aran rayonlarında bu məsələlər hələ də qalmaqdadır. Məsələn Gəncə, Şəmkir, Naxçıvan eləcə də Bakınının bir çox kəndləri var ki, hazırda bu ənənə yenə də davam edir. Konkret olaraq rəqəm də göstərə bilmirik, ona görə ki, bunların nəzarət göstəricisi olmur. Belə deyək müasir dövrdə kiminsə haqqında məlumat toplamaq doğru deyil. Düşünürəm ki, belə hallar köhnə fikirli ailələlər üçün daha çox xarakterikdir. Ona görə ki, bu cür araşdırmalar qarşı tərəfdə inamsızlıq hissi yaradır, nəticədə münasibətlər korlanır”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25