Arxiv
28 Yanvar 2020, 18:39 | AKTUAL
Aslan Aslanov Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı digər istiqamətlərdə olduğu kimi, informasiya sahəsində də əməkdaşlığın genişlənməsinə önəm verir.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd Xudeyrin görüşü zamanı müzakirə olunub.

 

İki ölkə arasında əlaqələrin ulu öndər Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfərindən sonra yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran Aslan Aslanov deyib: “Azərbaycan Prezidenti İlham Əliyev də dost ölkə olan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın genişləndirilməsinə daim xüsusi diqqət yetirir. Hazırda iqtisadi, humanitar və turizm sahələrində irəliləyişlərə nail olmaq üçün birgə addımlar atılır”.

 

Görüşdə ölkəmizdə ərəbşünaslıq elminin inkişaf etməsindən məmnunluq hissi ilə söhbət açılıb. Ərəb ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçılarından biri sayılan görkəmli şərqşünas alim Aida İmanquliyevanın xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb, onun intellektual irsinin müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynadığı vurğulanıb.

 

Qeyd olunub ki, AZƏRTAC Səudiyyə Xəbər Agentliyi (SPA) ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir. SPA agentliyi 2013-2016-cı illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edib. 2016-2019-cu illərdə isə sədrliyi bu quruma rəhbər seçilən AZƏRTAC-a ötürüb. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) üzvü olan hər iki agentlik ötən müddətdə tərəfdaşlıq əlaqələrini daha da genişləndirə bilib. Hazırda AZƏRTAC mənzil-qərargahı Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) Şura üzvüdür. Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, agentliklər arasında əlaqələrin möhkəmlənməsi məsələləri ötən ilin dekabrında Ciddə şəhərində Şura sədri, Səudiyyə Ərəbistanının İnformasiya naziri Turki bin Abdullah əş-Şəbana ilə Aslan Aslanovun görüşü zamanı müzakirə edilib.

 

İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndiyini deyən səfir Haməd Xudeyr xüsusən turizm istiqamətində böyük irəliləyişlərə nail olunduğunu bildirib. “İqtisadi sahədə əlaqələrin daha da dərinləşdirilməsi üçün birgə işləyirik. Yaxın vaxtlarda energetika sahəsində böyük bir layihənin reallaşdırılması üçün saziş imzalanacaq. Xalqlarımızın bir-birini daha yaxından tanıması məqsədilə mədəni tədbirlər təşkil edirik. Ölkələrimizin daha da yaxınlaşmasında medianın böyük rolu var və bu imkandan səmərəli istifadə etməliyik”, - deyə diplomat vurğulayıb.

 

Görüşdə səfirə 100 illiyini qeyd etməyə hazırlaşan AZƏRTAC haqqında məlumat verilib. Həmçinin müasir medianın inkişaf trendləri, səfirliyin tədbirlərinə informasiya dəstəyi verilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 Azərbaycan meşə yanğınına görə 50 min ABŞ dolları ayırdı 20 Fevral 2020, 21:29 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - FOTOLAR 20 Fevral 2020, 20:49 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37 “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18 6 minə yaxın məhkəmə işinə xitam veriləcək 20 Fevral 2020, 18:00 Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO 20 Fevral 2020, 17:54 Universitetdə karyera sərgisi təşkil olunub - Fotolar 20 Fevral 2020, 17:48 Azərbaycan Avstraliyaya 50 min manat yardım etdi 20 Fevral 2020, 17:42 İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu? 20 Fevral 2020, 17:39 Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI 20 Fevral 2020, 17:30 İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana dəvət etdi 20 Fevral 2020, 17:19 “Görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın”  - Məzahir Pənahov 20 Fevral 2020, 17:13 “Azərbaycan Diaspor Könüllüləri” Vikipediya təlimlərinə başladı - FOTO 20 Fevral 2020, 17:07 Baş Prokurorluq "orqan mafiyası" ilə bağlı məlumat YAYDI 20 Fevral 2020, 17:01 Azərbaycana keçirilən erməni malları MƏHV EDİLDİ - FOTOLAR 20 Fevral 2020, 16:56