Arxiv
29 Yanvar 2020, 19:09 | AKTUAL
Polis “AAAF-Park”da əməliyyat keçirdi - Həbs olunanlar var

Gömrükçülərin həyata keçirdikləri uğurlu əməliyyatlar nəticəsində 3 fakt üzrə 10 kq-dan artıq narkotik vasitə və külli miqdarda güclü təsir edən maddələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. 

 

Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq  Baş İdarəsi  Əməliyyat İdarəsinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələrin  “Aynur”  adlı şəxs tərəfindən realizə olunacağı barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə Abşeron  rayonu, Xırdalan şəhəri, “AAF-Park” yaşayış kompleksində yerləşən istirahət  parkında əməliyyat keçirib və Azərbaycan Respublikası vətəndaşı Məmmədova Aynurə Əlibala qızı şərti alıcı qismində çıxış edən əməliyyat müvəkkilinə narkotik vasitələri satarkən saxlanılıb.

 

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilən Məmmədova Aynurə Əlibala qızına məxsus sellofan torbaya və qara rəngli çantaya baxış keçirilib.  Yoxlama zamanı sellofan torbadan 4kq 55  qram narkotik vasitə-tiryək, qara rəngli çantadan isə 4 kq 958 qram narkotik vasitə-həşiş aşkar edilib.

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları isə 1 kq-dan artık heroini aşkar edərək qanunsuz dövriyyədən çıxarıb.  Belə ki, Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Pakistan İslam Respublikası vətəndaşı Ahmad Kaleem Khan Ahmada məxsus çamadana piyada keçid xəttində olan “Heiman X-Ray” markalı rentgen yük yoxlama qurğusu vasitəsilə baxış keçirilərkən monitorda şübhəli cizgilər müşahidə olunub.

Ahmad Kaleem Khan Ahmad şifahi sorğu-sual zamanı ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirib. Lakin çamadanın yoxlanılması zamanı gömrükçülərin şübhələri və daxil olan əməliyyat məlumatı təsdiqini tapıb. Çamadanın alt divarı ilə astarının arasından, gömrük nəzarətindən gizlədilmiş - çemodanın alt divarına yapışqanlı lentlə bərkidilərək divar boyunca yerləşdirilmiş bir ədəd sellofan bağlamada, qablaşdırılması ilə birgə çəkisi 1 kq 118 qram təşkil edən  narkotik vasitə-heroin aşkar edilib.

Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postunun əməkdaşları isə Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarəti zonasına daxil olan qatardan külli miqdara güclü təsir edən maddələr aşkar ediblər.

392 nömrəli “Rostov-Bakı” qatarına baxış keçirilən zaman 2-ci vaqonun 2, 3, 4 və 5-ci kupelərinin  tavan hissəsindəki boşluqlarda gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 650 ədəd flakonda “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”-na daxil olan  dərman preparatları aşkar olunub.

Araşdırma zamanı həmin maddələri 2-ci vaqonun bələdçiləri Sobolevskaya Karina Vajevna  və Pravdyuk Mariya Serqeyevnanın gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirməyə cəhd göstərdikləri məlum olub.

Hər 3 faktla bağlı araşdırma aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI 21 Fevral 2020, 18:50 DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi idi- FOTO 21 Fevral 2020, 18:45 İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu 21 Fevral 2020, 18:40 MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR 21 Fevral 2020, 18:35 Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib 21 Fevral 2020, 18:32 Kamal Abdulla Şöhrət Siracəddinovla görüşdü - FOTO 21 Fevral 2020, 18:26 Fəzail Ağamalının dairəsindən şikayətə baxılma müddəti UZADILDI 21 Fevral 2020, 18:21 Məlahət İbrahimqızının dairəsi barədə qərar verildi 21 Fevral 2020, 18:15 Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTO 21 Fevral 2020, 18:07 Məzahir Pənahov hərbi hissələrdə səsvermənin təşkilindən danışdı 21 Fevral 2020, 18:00 Həbs olunan icra başçısının videosu yayıldı - VİDEO 21 Fevral 2020, 17:55 MSK Şahin İsmayılovun dairəsində məntəqələrin nəticəsini ləğv etdi 21 Fevral 2020, 17:49 28 saylı dairədə şikayətlər təmin olunmadı 21 Fevral 2020, 17:45 Şikayətçi qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilər - MSK sədri 21 Fevral 2020, 17:40 Neftçalanın icra başçısı, müavinləri və şöbə müdirləri saxlanıldı - RƏSMİ 21 Fevral 2020, 17:35 Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib - FOTO 21 Fevral 2020, 17:30 MSK-nın sədr müavini namizədlərə irad tutdu 21 Fevral 2020, 17:24 Afət Həsənovanın seçki dairəsindən şikayətlərə BAXILDI 21 Fevral 2020, 17:18 İcra başçısı məktəbin tikintisi ilə bağlı şirkət rəhbəri ilə görüşüb 21 Fevral 2020, 17:12 Azercell transformasiya ilininin nəticələrini AÇIQLANDI 21 Fevral 2020, 17:06 MSK-da baxılmayan şikayət qala bilməz - Məzahir Pənahov 21 Fevral 2020, 17:00 Rüstəm Xəlilov Talış kəndinin sakinlərilə görüşüb - FOTO 21 Fevral 2020, 16:53 İstirahət günlərinin hava proqnozu açıqlandı 21 Fevral 2020, 16:47 MSK-dan Ramil Həsənin lider olduğu dairə barədə QƏRAR 21 Fevral 2020, 16:41 İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi 21 Fevral 2020, 16:36 Bakıda uşaq poliklinikasında yanğın olub 21 Fevral 2020, 16:30 Bakı metrosu koronavirusa qarşı dezinfeksiyada “ProGreen ProFix” dərmanından İSTİFADƏ EDİR 21 Fevral 2020, 16:24 Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də varMSK üzvü ölüf-ölüf videosundan danışdı 21 Fevral 2020, 16:18 MSK-nın iclası başladı 21 Fevral 2020, 16:12 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz 21 Fevral 2020, 16:06 Nazirlik sahibkarlara müraciət etdi 21 Fevral 2020, 16:00 Yaşıllıq sahələrinə elektron formada nəzarət ediləcək 21 Fevral 2020, 15:55 I sinfə qəbul qaydaları AÇIQLANDI 21 Fevral 2020, 15:49 Gürcüstanda adam öldürüb Bakıda gizlənən şəxs tutuldu - FOTO 21 Fevral 2020, 15:45 İmtahanların nəticələri AÇIQLANDI 21 Fevral 2020, 15:39