Arxiv
4 Fevral 2020, 15:42 | ƏDƏBİYYAT
Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - 12 və 13-cü sözlər

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

 

On ikinci söz

 

İnsanın ibadətinin doğru və ya yalnış olmasına irad tutanlar bilməlidirlər ki, onun ibadətinə səhv axtarmaq doğru deyildir. Çünki o ibadət edən insan sidq ürəklə özünü haqqa yaxınlaşdırır. Belə düşünmək belə ayıbdır. Hətta, bu haqqa tapınan  insanlar  etdikləri ibadəti tam mənasıyla anlamasalar belə, bu barədə elmi bilikləri yoxdursa belə, onları qınamaq olmaz.  Bu bir savabdır. Əgər ibadətin necə etməyin doğru olduğunu öyrənmək istəyərsə, o zaman  iki şərt vardır ki, bunu mütləq bilməlidirlər. Birincisi imanı və etiqadı gücləndirmək lazımdır. İkincisi isə öz ibadətimi özüm öyrəndiyim qədər edirəm, deməkdənsə, bilmədiklərini də öyrənsə daha yaxşı olar. Bunu öyrətmək üçün isə dindən elmi cəəhətdən kamil olan topluma başçılıq etməli, yol göstərməlidir.   Hər kəs öyrənmədən, çatışmazlıqlarını tamamlamadan, bilə-bilə geridə qalırsa, öyrənməkdən vaz keçirsə, onu Allah bağışlamaz.  İbadətləri qəbul olmaz.  Amma və lakin hər kim ki, imanını necə  kamilləşdirdiməyinin yollarını axtarmasa, çatışmazlıqlarının nədən ibarət olduğunu bilməsə, başına  əmmamə hörüb namaz qılan, oruc tutan , məclislərdə  imandan danışanlar içərisində  əsil kəlamları bilməyib, duaların yerini səhv salırsa, elə bilməsin ki, bununla onun könlü xoş olacaq. Mühafizəsiz və  şüursuz iman sağlam ola bilməz. Özünü İhlas  oxumaqla böyük dini alim saymaq dini yaşatmaq deyil, dini yaşatmaq üçün qeyrət göstərmək lazımdır, belə fürsətcil dindarların imanına da şübə edilir.

1892.

 

On üçüncü söz

 

İman dediyimiz Allah təalanın şərikisiz, şübhəsiz birliyinə, varlığına və bizə Peyğəmbərimiz (S.A.V) vasitəsilə göndərdiyi  hər cür vəyhlərinə və söylədiklərinə boyun əyib inanmaqdır.  Bu imana sahib olmağın iki yolu var: əvvəla  Allahın hansı əmrinə iman edilirsə,  iman edən onun vacibliyinə ağılla dəlil tapacaq, ağlı bu deyiləni qəbul edirsə, deyirlər ki, imanı kamildir..  İkincisi isə kitabdabn oxuyaraq, ya da mollaların moizələrindən dinləyərək iman edib , nəticə çıxardığına da sağlam bir ruhla bağlanmalıdır.  Birisi onu öldürməklə qorxutsa belə,  min kişi, min cürə təhdid etsə də, buna görə könlündə tutduğu yolundan dönməməli və  kənar təlaütümləri könlünə yaxın qoymamalı, könlündə bir qala tikib, sağlam olmalıdır. Belə imana təqlidi iman deyilir.

Özünü imanlı saxalamaq çün  hər şeydən əvvəl köksünün altında alovlu ürəyin, azad ruhun  və öz gücünə inamın olmalıdır. “Kamil imanı  var”- deməklə elmi olmayan, “təqlidi imanı var”  deməklə üçün  qərarı olmayan, aldadana və ya yol azdırana, və yaxud da  mənfəətinə görə ağa qara deyən, qaraya ağ deyən, yalana doğru deyən dırnaqarası iman sahiblərinə nə deyəcəyik?  Deyin ki, belələrindən Allah qorusun! Hər kəs bilməllidir ki, yuxarıda yazdığım iki cür imandan başqa iman yxdur. Hər bir kəs bilməlidir ki, iman insanın içərisndə, əməlindədir. Əsil iman və inam yuxarıda yazdıqlarımdadır.

Dini əlində rəhbər turub, allahı və bəndəni aldadanlar bilməlidirlər ki, onların bu etdikləri allah tərəfindən cəzasız, cavabsız qalmır.  Onlar bağışlanmayacaq.  Bu Allah təalanın və Peyğəmbərimizin şəfaətinə və əhvinə uyğun deyil. “Qılıncın üstünə and içilməz!” “Allah gunahları bağışlayandır” kimi yalançı fikirləri yayan bəndənin isə üzü qara olsun, bunu öz faydaları üçün deyənləri isə  Allah tərəfindən ən böyük cəza gözləyir.

1892.

 

Tərcümə etdi: Aida Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xüsusi karantin rejimində KİV işləyəcək 30 mart 2020, 21:06 "İmkansız vətəndaşlar dövlətin himayəsindədir" - İbrahim Məmmədov  30 mart 2020, 20:51 Trampla Putin koronavirusu müzakirə etdi 30 mart 2020, 20:43 Azərbaycanda YENİ QADAĞALAR: küçəyə çıxmaq məhdudlaşdırıldı 30 mart 2020, 20:43 İnsanlar yalnız yaxın market və apteklərə gedə biləcək 30 mart 2020, 20:31 Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün mobil qruplar yaradılıb 30 mart 2020, 20:01 Təhsil Nazirliyindən koronavirus dövründə mühüm addımlar 30 mart 2020, 18:57 “Evdə qal”maqla kömək edək- polislərə və həkimlərə  30 mart 2020, 18:44 Goranboyda dezinfeksiya və maarifləndirmə tədbirləri davam edir - FOTO 30 mart 2020, 18:35 Avstriyadakı azərbaycanlılarla bağlı səfirlikdən SON MƏLUMAT - VİDEO 30 mart 2020, 18:26 Rusiya neftinin 1 bareli 16 dollara satılır 30 mart 2020, 18:17 Regionda Azərbaycan, Ermənistan və koronavirus qalıb - TOFİQ ZÜLFÜQAROVLA #evdəqal SÖHBƏTİ 30 mart 2020, 18:10 Beynəlxalq müşahidəçilər Qarabağdakı qondarma seçkilərə getməyəcək – Ermənilərin növbəti FİASKOSU 30 mart 2020, 18:01 Bu gün İstanbulda azərbaycanlı canlı konsert verəcək 30 mart 2020, 17:55 İlham Əliyev fərman imzaladı 30 mart 2020, 17:50 Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi 30 mart 2020, 17:45 “Facebook”un sahibi jurnalistlərə 100 milyon dollar ayırdı 30 mart 2020, 17:40 Dolların sabaha olan MƏZƏNNƏSİ 30 mart 2020, 17:33 “Bibiheybət yolu"nda bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb - FOTO 30 mart 2020, 17:30 Avropa Komissiyası Azərbaycana yardım paketi ayırdı 30 mart 2020, 17:26 Koronavirus hamilə qadın və bətnindəki körpəni öldürdü 30 mart 2020, 17:20 Türkiyədə hər gün 20 min nəfər koronavirus testindən keçəcək 30 mart 2020, 17:15 Tramp bu gün Putinə zəng edəcəyini AÇIQLADI 30 mart 2020, 17:14 Metropolitendən sərişin sıxlığını aradan qaldırmaq üçün növbəti ADDIM 30 mart 2020, 17:07 Heydər Əliyev Fondu bu müəssisələrə maska və digər qoruyucu vasitələr ayırdı - Video + Fotolar 30 mart 2020, 17:02 Koronavirusun məktubu 30 mart 2020, 16:56 Sumqayıtda xüsusi karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlar cəlb edildi - FOTO 30 mart 2020, 16:53 Azərbaycan diasporu Ukraynadakı soydaşlarımıza dəstəyi davam etdirir - FOTO 30 mart 2020, 16:48 Fatih Terim xəstəxanadan evə buraxıldı 30 mart 2020, 16:45 Tokio Yay Olimpiadasının yeni tarixi AÇIQLANDI 30 mart 2020, 16:43 Dünyada koronavirus qurbanlarının sayı 35 minə çatdı 30 mart 2020, 16:31 Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu - 11 nəfər sağaldı 30 mart 2020, 16:20 İcra Hakimiyyətinin təşəbbüsü ilə tənha insanlara yardım barədə video hazırlandı - VİDEO 30 mart 2020, 16:14 Daha bir Avropa ölkəsi virusa yoluxma sayına görə Çini geridə qoydu 30 mart 2020, 16:08 Divarın o üzündən gələn səs 30 mart 2020, 15:56